Ev Turizm Xəbərləri Bakı-London-Bakı marşrutu üzrə bilet satışı başladı

Bakı-London-Bakı marşrutu üzrə bilet satışı başladı

AZAL

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyulun 16-dan avqustun 27-dək həftədə bir dəfə (cümə axşamı) Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirəcək.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.

Bakı-London reysi ilə Böyük Britaniyaya giriş hüququ olan sərnişinlər daşınacaq. Bundan əlavə, həmin ölkənin yeni qaydalarına əsasən uçuşdan 48 saat əvvəl https://www.gov.uk/provide-journey-contact-details-before-travel-uk saytında onlayn qaydada anket doldurulması tələb olunur. Qeyd edilən müddətdə anket doldurulmadığı halda, Londonun “Hitrou” hava limanının miqrasiya orqanının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilər.

London-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Aviabiletləri aviaşirkətin rəsmi https://www.azal.az/ saytında əldə etmək olar.

Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr aviabilet alışı zamanı 30 faiz həcmində güzəştdən yararlana biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=HylsY0m9cEM&feature=youtu.be

Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısını təqdim edirik:

– Referans kliniki laboratoriya mərkəzi;

– Leyla klinikası;

– Memorial klinikası

– Bona Dea xəstəxanası;

– İnci laboratoriyası;

– Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

– Kaspian Hospital;

– UltraLab.

Böyük Britaniyada COVID-19 testini sərnişin olduğu şəhərin özəl klinika, xəstəxana və apteklərində, yaxud Londonun aşağıdakı klinika və apteklərindən birində verə bilər:

– Sherlock Holmes Pharmacy – https://www.nhs.uk/Services/pharmacies/MapsAndDirections/DefaultView.aspx?id=11075

– Walkin Clinic – https://walkin-clinic.co.uk/blood-tests/covid19-testing– London Doctors Clinic – https://www.londondoctorsclinic.co.uk/services/private-coronavirus-test/

– Private Harley Street Clinic – https://privateharleystreetclinic.com/products/covid-19-test

Hər iki halda COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 saat əvvəl almalıdır.

Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq.