Ev Turizm Xəbərləri AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib

AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib

AZAL

AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib.

Gezmeli.az xəbər verir ki, iyulun 19-u axşam saatlarında 197 nəfər Azərbaycan vətəndaşı Rusiyanın paytaxtından Bakıya gətirilib.

Reysə “COVID-19” testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılmışdır. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.