Azərbaycan turizmin inkişafına görə Avropa ölkələri arasında 7-ci yeri tutub.
Bununla bağlı reytinq cədvəlini Ümumdünya Turizm Təşkilatı (ÜTT) açıqlayıb.
Qurum Azərbaycanda turizm sektorunun inkişaf dinamikasını 20% səviyyəsində qiymətləndirib. ÜTT Bakını ecazkar məkanlardan biri kimi təqdim edib. Onu “Yeni Dubay“a bənzədib, neftlə zəngin olan ölkənin Avropa və Asiya arasında, o cümlədən Şərqdə sürətlə inkişaf edən haba çevrildiyini bəyan edib.
Qeyd edək ki, siyahıya liderliyi San-Morino edir. Növbəti yerlərdə Gürcüstan (2-ci), İsrail (3-cü), Türkiyə (4-cü), İslandiya (5-ci), Makedoniya (6-cı), eləcə də Moldova (8-ci), Bosniya və Hersoqovina (9-cu) və Ermənistan (10-cu) qərarlaşıb.