Ev Turizm Xəbərləri “Biletix” onlayn xidməti dünyanın ən “pis” turistlərini açıqlayıb

“Biletix” onlayn xidməti dünyanın ən “pis” turistlərini açıqlayıb

"Biletix"

Təyyarə və qatar biletlərinin axtarışı və rezervasiyası ilə məşğul olan “Biletix” onlayn xidmətinin ekspertləri dünyanın ən “pis” turistlərini müəyyən edib. 
Həmin kateqoriyaya Rusiya, ÇinABŞ-dan olan turistlər daxildir.
Belə ki, rəy sorğusunda iştirak edənlərin 44%-i “Rusiyalı turistləri nəzakətli və tərbiyəli hesab edirsinizmi?” sualına “Yox“, 33%-i isə “” cavabı verib. Maraqlıdır ki, Rusiya turistlərinə mənfi münasibət bəsləyənlər arasında Rusiya vətəndaşları az deyil. Rusların üzgüçülük hovuzuna yüyürərək hoppanmaları, dəniz qırağında çəkdikləri siqaretin qalıqlarını quma basdırmaları, çinli turistlərin isə ucadan danışaraq asta yerimək vərdişləri əcnəbilərdə daha çox narazılıq doğurub.
Dünyanın ən mədəni turistləri kimi isə Yaponiya, Almaniya, Fransa təmsilçilərinin adı çəkilib.