PAYLAŞ
BƏƏ

Bu ilin oktyabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Ras-əl-Xayma əmirliyində Ümumdünya səyahət və turizm Şurasının təşkilatçılığı ilə “Yaxın Şərq və Şimali Afrika liderlərinin forumu – 2019” keçiriləcək.

Ras-əl-Xayma əmirliyinin Turizmin inkişafı İdarəsinin məlumatına istinadla xəbər verir ki, ilk dəfə regionda forum təşkil olunacaq. Turizm sahəsinin 200-ə yaxın lideri bir araya gələcək.

Forum çərçivəsində turizm və səyahət industriyasının aparıcı liderləri regionun bu sahəyə aid aktual məsələləri və turizmin inkişafının gələcəyini müzakirə edəcəklər. Əsas və panel iclaslarda turizm sahəsinin əsas problemləri və sərmayə imkanları, yeni iş yerlərinin yaradılması əsas məsələlərdəndir. İxtisas səviyyəsinin qaldırılması gözlənilir. İqlim, ekologiya və digər məsələlər barədə diskussiyaların aparılması nəzərdə tutulur.