Ev Turizm Xəbərləri Ucqar rayonlarda otel problemi

Ucqar rayonlarda otel problemi

Gədəbəyin miskinli yaylağında keçirilən Azərbaycanın ilk Milli Yaylaq Festivalına 30 mindən çox turist gəlib.

Gədəbəydə bu qədər turisti yerləşdirmək isə o qədər də asan olmayıb.

Sözü gedən rayonda hotellərin sayı az olduğundan, turistlər qonşu rayonlardakı hotellərdə yerləşdirilib.

Elə ekspert Ramin Zamanov da REAL-a müsahibəsində ucqar rayonlarda hotellərin sayının az, servisin aşağı olduğunu bildirdi.
İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən , İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək turizmin inkişafı ilə bağlı 201 investisiya layihəsinin maliyyələşdirilməsinə 46.3 milyon manat güzəştli kredit verilib.

Bundan 13.4 milyon manatı mehmanxana, istirahət kompleksi və müalicə sağlamlıq mərkəzlərinin payına düşür. Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu mütəmadi olaraq keçirdiyi işgüzar forumlarda regionlarda otel və mehmanxanaların yaradılması təşviq edilir. Sahibkarlara nümunəvi layihələr təqdim olunur.

Artıq, Milli Yaylaq Festivalından sonra Gədəbəydə otel və mehmanxana tikintisi ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciətlər daxil olub.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, gələn il Milli Yaylaq Festivalında turistlər qonşu rayonlarda deyil, elə Gədəbəyin özündə olan hotellərdə yerləşdiriləcək.