Ev Gəzməli yerlər Gəzəyənlər BAKI-SAMARA REYSİNİN AÇILMA VAXTI MƏLUM OLDU

BAKI-SAMARA REYSİNİN AÇILMA VAXTI MƏLUM OLDU

Bakı-Samara reysi

“Ural Hava Yolları” şirkəti aprelin 5-dən Samara – Bakı – Samara reysini həyata keçirməyə başlayacaq. 

Aviaport.ru portalının məlumatına görə, birbaşa reyslər “Airbus A320” təyyarələri ilə hər həftənin cümə günü həyata keçiriləcək. 

Təyyarə Samaradan 13:10-da havaya qalxacaq və 15:45-də Bakıya eniş edəcək. Eləcə də həmin gün Bakıdan 16:45-də qalxan layner 19:10-da Samara aeroportuna enəcək. 

Biletlərin bir istiqamət üzrə minimal tarifi 97 avrodur. 

Nəşr yazır ki, Azərbaycan paytaxtında istirahət bütün ailə üzvlərinin ürəyincədir: 

“Atəşgah məbədini ziyarət edin, Heydər Əliyev mərkəzinə gedin, Xalça muzeyinə baş çəkin və ya Qız qalasının sirrini açmağa çalışın! Bakını London taksilərində gəzmək daha da zövq verir”.