İtaliya mətbəxi həftəsi

Bakıda keçirilən “İtaliya mətbəxi həftəsi” çərçivəsində noyabrın 21-də “Təhlükəsiz qida, keyfiyyətli məhsullar və güclü bir ölkə markası. İtaliya-Azərbaycan dialoqu” mövzusunda konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari son illər İtaliya-Azərbaycan əlaqələrinin inkişafından, o cümlədən kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlıqdan söz açıb.

Səfir qeyd edib ki, İtaliya Azərbaycanla kənd təsərrüfatı, o cümlədən sağlam qida və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıqda maraqlıdır.

İtaliyanın dünyada öz mətbəxi ilə məşhur olduğunu deyən A.Massari bildirib ki, ölkəsi Azərbaycanla aqro və ekoturizm sahəsində təcrübəsini bölüşə bilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rəşad Fərəcov isə İtaliya mətbəxinin çox zəngin tarixi ənənələrə malik olduğunu qeyd edib.

Azərbaycanın qonaqpərvərliyindən və gözəl mətbəxindən danışan R.Fərəcov məhsullarımızın İtaliya kulinariya ənənələrini zənginləşdirəcəyini söyləyib. Bu isə özlüyündə həm italya mətbəxini, həm də yerli məhsullarımızın keyfiyyətini nümayiş etdirəcək.

Qeyd edək ki, hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan “İtaliya mətbəxi həftəsi”nin məqsədi bu ölkənin mətbəxini və qida məhsullarını dünyada tanıtmaqdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin