Sentyabrın 19-da Bakıda IX Beynəlxalq “Caspian Energy Forum–2019” keçirilib.
“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev forumun “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və “Caspian Energy” jurnalının 20 illiyinə həsr olunduğunu deyib. “Caspian European Club” barədə məlumat verən T.Əliyev bildirib ki, klub 50 ölkədən 5 mindən çox şirkətlə əməkdaşlıq edir. O əlavə edib ki, klub 5 istiqamət üzrə fəaliyyət göstərir, bunlardan ən əsası şirkətlərin problemlərini araşdırıb, həlli ilə bağlı addımlar atmaqdır.
Sonra Çex Respublikasının Prezidenti Miloş Zemanın, Moldova Prezidenti İqor Dodonun və Gürcüstan Prezidenti Salome Zurabişvilinin IX Beynəlxalq “Caspian Energy Forum Baku–2019”un iştirakçılarına ünvanladığı müraciətləri dinlənilib.
Üç sessiyadan ibarət olan forumun birinci sessiyası Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına,
X.Xələfov qeyd edib ki, Xəzərin hüquqi statusu haqqında konvensiya 3 istiqaməti əhatə edir: “Birincisi regionda əməkdaşlığın daha da möhkəmlənməsidir. Bu, Xəzəryanı ölkələr arasında siyasi dialoqun, beynəlxalq münasibətlərin inkişafına təkan deməkdir. İkinci istiqamət iqtisadi, üçüncü istiqamət isə ekoloji əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Xəzərin ekoloji hüququnun formalaşması burada həyata keçirilən bütün layihələrin beynəlxalq ekologiya standartlarına cavab verməsinə səbəb olacaq. Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir”.
Energetika nazirinin müavini Elnur Sultanov Azərbaycanda energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlandığını deyib: “Bu təkliflər istehsal və təchizat sahələrində effektivliyin yaranmasına təsir edəcək. Təchizat sahəsində rəqabətliliyin olması xidmət keyfiyyətinin artmasına gətirib çıxarır. İstehsalatda isə maya dəyərinin azalması və yanacağın daha az istifadəsi hesabına xərclərin minimallaşmasına səbəb olur”.
Forumun ikinci sessiyasında “Elektron növbə” sistemi barədə məlumat verən Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, tezliklə sistem istifadəyə veriləcək və bu sistemin tətbiqi ilə bağlı layihə icradadır: “Elektron növbə”nin yaradılması gömrük sərhəd məntəqələrində sürətli keçidin təmin edilməsi, ticarət təchizatı zəncirinin daha əlverişli olması üçün əhəmiyyətlidir. Yaxın zamanlarda xarici iqtisadi fəaliyyət iştirakçıları idxal-ixrac əməliyyatları zamanı yüklərin daha sürətli keçidinə nail olacaq”.
Azərbaycanın Gürcüstan gömrüyü ilə blokçeyn texnologiyasının tətbiqinə başladığını deyən DGK sədrinin birinci müavini qeyd edib ki, bu texnologiyanın tətbiqi sayəsində Gürcüstanla informasiya və sənəd mübadiləsi aparılır, uğurlu nəticələr əldə olunur. Blokçeyn ticarətin asanlaşdırılması, sürətli keçidin təmin olunmasında mühüm amildir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə mənbələrinə əlçatanlıq və bu çıxışın asanlaşdırılması, eləcə də investisiya fəaliyyətinin təşviq olunması məqsədilə həyata keçirilən tədbir və layihələri diqqətə çatdırıb. Qeyd edib ki, hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir. Belə ki, fəaliyyət profillərinə uyğun olaraq, KOB-ların layihələri üzrə “İnvestisiya təşviqi sənədi”nin verdiyi vergi güzəştləri və imtiyazlar haqqında aktiv maarifləndirmə tədbirləri həyata keçirilir. Bundan başqa, bu layihələrə xarici investisiyaların cəlb edilməsi məqsədilə müxtəlif tərəfdaş partnyorlarla danışıqlar aparılır. Artıq uğurlu nəticələr də var və bir neçə yerli şirkət bu imkanlardan bəhrələnib.
Yeni investisiya təşviq mexanizmlərinin tətbiqi istiqamətində də işlərin davam etdiyini və yaxın dövr ərzində KOB-ların bu imkanlardan geniş istifadə edəcəyini vurğulayan O.Məmmədov bildirib ki, agentliyin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə KOB-lar və strataplar üçün yeni imtiyaz və güzəştlər nəzərdə tutulub, o cümlədən KOB klaster şirkəti anlayışı və müvafiq stimullaşdırıcı tədbirlər məcəlləyə daxil edilib. Bir müddət əvvəl isə KOB klaster şirkətinin və KOB klaster iştirakçılarının meyarları təsdiq olunub. Bu mexanizmin tətbiqi ilə müvafiq fəaliyyət istiqamətləri üzrə yaradılacaq KOB klaster şirkətləri 7 il müddətinə vergisiz fəaliyyət göstərəcək və ciddi imtiyazlardan istifadə edə biləcək.
“İndiyədək “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən 6,5 milyon nəfər yararlanıb. Gündəlik 2 min yeni vətəndaş mərkəzin xidmətlərindən ilk dəfə istifadə edir. Mərkəzə hər gün orta hesabla müraciət edənlərin sayı isə 27 min nəfərdir”, – deyə C.Salmanov vurğulayıb.
O deyib ki, indiyədək 20 min 244 ASAN könüllüsü qeydiyyatdan keçib. Bu müddətdə 550-dən çox layihə həyata keçirilib, 1278 ASAN könüllüsü işlə təmin olunub: “Bu vaxtadək vətəndaşlara “ASAN viza” vasitəsilə 1 milyon 600 mindən çox viza verilib. 2017-ci ildə bu göstərici 260 min idi”.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev qeyd edib ki, xarici investorlara kömək məqsədilə “Invester in Azerbaijan” layihəsi hazırlanıb: “Layihə Azərbaycana investisiya yatırmağı planlaşdıran xarici investorlara kömək, həmçinin onlarla çalışacaq yerli şirkətlər üçün biznes planların hazırlanmasında yardım göstərilməsini nəzərdə tutur. Hazırda layihəni təsdiq üçün müvafiq strukturlara təqdim etmişik”.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, hazırda dövlət kənd təsərrüfatı məhsulları istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması üçün müvafiq dəstək verir. Bunun nəticəsində artıq kənd təsərrüfatı məhsullarının istehsalında yüksək artım dinamikası müşahidə olunur. F.Fikrətzadə vurğulayıb ki, ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların məqsədi bu sahənin inkişafının sürətlənməsi, ölkənin ərzaq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasıdır: “Bununla yanaşı, fermerlərin rifahının yaxşılaşması, onların gəlir əldə etmələri, biznes imkanlarının genişlənməsi də aqrar islahatların əsas məqsədlərindəndir”.
Daxil
Xoş gəlmisiniz! Sizin hesabınıza daxil
Şifrəni unutmusan? kömək almaq
Privacy Policy Page
Password Recovery
Parolu bərpa
Parol sizə e-poçt olacaq.