Paytaxtda «Luxury Awards» 2019 mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırılma müxtəlif sahələrdə kariyerasında uğur qazanan şəxslərə verilib. Fəaliyyət göstərdiyi sahədə ən yüksək nəaliyyətlərə imza atan şirkətləri əhatə edib. Dünyanın müxtəlif ölkələrində keçirilən Luxury Awards mükafatlandırma mərasimi Bakıda ikinci dəfədir ki, təşkil olunub.

Gecədə müxtəlif sahələrdə mədəniyyət və incəsənət, dəb, elm, idman, biznes, media, və tibb sahəsində uğur qazanmış şəxslərə və şirkətlərə mükafatlar təqdim olunub. Gezmeli.az – ın nümayəndələri də tədbirdə iştirak edib.

Bu möhtəşəm layihənin təşkilatçıları isə Aqil Məmiyev və Ləman Mirtalıblıdır. Onların sözlərinə görə mərasimin keçirilməsində məqsəd ölkənin ən uğurlu insanlarını, ən öndə olan şirkətləri ictimaiyyətə təqdim etmək, onların il ərzindəki fəaliyyətini qiymətləndirməkdir. Qarşıdakı illərdə onlara motivasiya verməkdir.
