Ev Turizm Xəbərləri Bakıda «Luxury Awards» 2019 mükafatlandırma mərasimi keçirilib-FOTO

Bakıda «Luxury Awards» 2019 mükafatlandırma mərasimi keçirilib-FOTO

Luxury Awards 2019

Paytaxtda «Luxury Awards» 2019 mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırılma müxtəlif sahələrdə kariyerasında uğur qazanan şəxslərə verilib. Fəaliyyət göstərdiyi sahədə ən yüksək nəaliyyətlərə imza atan şirkətləri əhatə edib. Dünyanın müxtəlif ölkələrində keçirilən Luxury Awards mükafatlandırma mərasimi Bakıda ikinci dəfədir ki, təşkil olunub.

Luxury Best Awards 2019

Gecədə müxtəlif sahələrdə mədəniyyət və incəsənət, dəb, elm, idman, biznes, media, və tibb sahəsində uğur qazanmış şəxslərə və şirkətlərə mükafatlar təqdim olunub. Gezmeli.az – ın nümayəndələri də tədbirdə iştirak edib.

Luxury Best Awards 2019

Bu möhtəşəm layihənin təşkilatçıları isə Aqil Məmiyev Ləman Mirtalıblıdır. Onların sözlərinə görə mərasimin keçirilməsində məqsəd ölkənin ən uğurlu insanlarını, ən öndə olan şirkətləri ictimaiyyətə təqdim etmək, onların il ərzindəki fəaliyyətini qiymətləndirməkdir. Qarşıdakı illərdə onlara motivasiya verməkdir.

Luxury Best Awards 2019

70 -dən çox nominantın iştirak etdiyi tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Muhemmed Al Qubaisi və Merakes Krallığının ölkəmizdəki səfiri Adil Embarş cənabları da olub. Tədbir bitdikdən sonra mükafatçılar Buddha Bar Beach də after party-də iştirak ediblər.