Ev Gəzməli yerlər Gəzəyənlər Bakıdan Almatıya birbaşa aviareys açıldı

Bakıdan Almatıya birbaşa aviareys açıldı

Bakı-Almatı

Azərbaycan Hava YollarıBakı-Almatı-Bakı marşrutu üzrə ilk uçuşunu həyata keçirib. 

Almatı hava limanında aviareysin açılması münasibətilə mərasim keçirilib.

Tədbirdə bildirilib ki, bu gündən etibarən AZAL-ın reysləri həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı “Airbus A319” tipli təyyarə ilə, Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

AZAL-ın marketinq kommersiya və istehsalat idarəsinin direktoru Fuad Yusifov bildirib ki, reysin açılmasına səbəb Azərbaycanın prioritet siyasətlərindən biridir:

Bunun üçün turizm və iqtisadi sahədə hər iki dövlətlərarası əməkdaşlıq üçün birbaşa uçuşların olması vacibdir. AZAL-ın Almatı şəhərinə uçuşlar yox idi. İqtisadi və turizm sahəsi nəzərə alınıb və reysin açılması üçün qərar verilib. Fikrimcə, bu reys hər iki dövlət arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcək”.

Almatı Qazaxıstanın “cənub paytaxtı” adlanır. Şəhər cənub paytaxtının bir növ “vizit kartı” olan inanılmaz gözəl qarlı dağlar – Alatau dağları platosunda yerləşir. Eyni zamanda, şəhərin özü geniş yaşıllıqlardan ibarətdir. Almatı gözəl istirahət və əyləncə üçün zəruri olan hər şeyə malikdir.

Fuad Yusifov qeyd edib ki, hər il müxtəlif ölkələrdə beynəlxalq turizm sərgiləri keçirilir:

Aprelin 4-6-da Azərbaycanda turizm sərgisi keçiriləcək. Aprelin 17-19-da Almatı şəhərində turizm sərgisi olacaq. Ayın 17-də sərgidən sonra AZAL-ın təqdimat mərasimi baş tutacaq. Həm Azərbaycan, həm də Qazaxıstan tərəfindən turagentlər öz təkliflərini təqdim edəcəklər”.

Gediş-gəliş qiyməti 320 dollar təşkil edir”, – deyə direktor qeyd edib.

Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərindən və www.azal.az saytından əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.