Ev Gəzməli yerlər Gəzəyənlər Bavariya Alplarında IV Avrasiya dağ turizmi konfransı keçirilib

Bavariya Alplarında IV Avrasiya dağ turizmi konfransı keçirilib

IV Avrasiya dağ turizmi konfransı

Martın 2-dən 5-dək Almaniyanın Bertexsqaden şəhərində IV Avrasiya dağ turizmi konfransı keçirilib. Tədbirin təşkilatçısı qismində Dünya Turizm Təşkilatı (DTT) çıxış edib.

30 ölkədən nümayəndələrin iştirak etdiyi konfransda dağ turizmi sahəsində yeni layihələrin həyata keçirilməsi müzakirə olunub. Ölkələr arasında əməkdaşlığın inkişafı və təbii ehtiyatların qorunması da əsas məsələlərdən olub .

DTT-nin baş katibi Zurab Pololikaşvili qeyd edib ki, dağ turizmi Avrasiya məkanında və bütün dünyada regional inkişaf üçün əlavə imkanlar yaradır. Onun sözlərinə görə, turizmin bu sahəsinin populyarlaşdırılması böyük irəliləyiş hesab olunur. Dağ rayonlarında insanların güzəranının yaxşılaşmasına və əldə olunan gəlir hesabına yeni istehsal müəssisələrinin açılmasına kömək edir.

Tədbirdə çıxış edənlərdən biridə Almaniyanı İqtisadiyyat Nazirliyinin stats-katibi Tomas Barraysdır. O bildirib ki, konfrans dağ turizminin inkişafı ilə yanaşı, Avropa və Asiya şirkətləri arasında bu sahədə mövcud olan əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

Martın 6-da isə Almaniyada turizm sahəsində daha bir beynəlxalq tədbir – Berlin şəhərində “İTB Berlin 2019” beynəlxalq sərgisi açılıb. Azərbaycanın da iştirak etdiyi sərgidə ölkəmizi müxtəlif turizm şirkətləri və hotellərin nümayəndələri təmsil edir. Burada Azərbaycanın turizm brendinin əsas şüarı – “Bir daha bax” (“Take another look”) konsepsiyasına müvafiq olaraq dizayn edilən yeni stendi təqdim olunur.