Ev Turizm Xəbərləri Baykonura giriş məhdudiyyəti götürülüb

Baykonura giriş məhdudiyyəti götürülüb

Baykonur

Baykonuru ziyarət etmək Qazaxıstan turizm layihəsinin ilk 10 marşrutuna daxil edilib.

AZƏRTAC xəbər verir ki, kosmik limana gələn turistlərin sayını artırmaq üçün şəhərə giriş və çıxış prosedurları çox asanlaşdırılıb. İndi, buraxılış məntəqələrindən keçmək üçün sənədləri bir həftə ərzində təqdim etmək tələb olunmur. Bunlar birbaşa nəzarət məntəqəsində fasiləsiz olaraq həyata keçirilir. Son zamanlara qədər, “Baykonur” kosmodromunu ziyarət etmək yüz minlərlə turist üçün xəyal olaraq qalırdı. Artıq “Baykonur”u ziyarət çox asan olacaq.

Bununla yanaşı, Qazaxıstan tərəfi 50 hektar ərazidə kosmik kompleksin yaxınlığında “Baykonur” əyləncə və turizm zonası qurmağı planlaşdırır. Qızılorda vilayətinin akimliyi (quberantorluğu) ilə Cənubi Koreya şirkətlərindən biri arasında 84 milyon dollar investisiya memorandumu imzalanıb və layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır.