Ev Turizm Xəbərləri Beynəlxalq turizm mərkəzi olan Naftalanda üç park yenidən qurulub

Beynəlxalq turizm mərkəzi olan Naftalanda üç park yenidən qurulub

Naftalan

Respublikamızın kurort şəhəri olan Naftalanda həm şəhər sakinlərinin, həm də yerli və xarici turistlərin asudə vaxtlarının daha yaddaqalan olması üçün üç istirahət məkanı – Heydər Əliyev, Səməd VurğunNəriman Nərimanov parkları yenidən qurulub.

Ölkəmizin turizm sektorunda özünün beynəlxalq şöhrətini ildən-ilə artıran Naftalanda turistlər üçün cəlbedici yerlərin yenidən qurulması və yaradılmasının prioritet olduğunu deyən Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun rəhbəri Ülfət Əliyev bildirib ki, hər üç parkda görülmüş işlər şəhərin ümumi inkişafına xidmət edəcək.

Görülmüş işlər haqqında məlumat verən Ülfət Əliyev bildirilib ki, Heydər Əliyev Parkında səki daşlarının altı mişar daşı ilə hörülüb və 1390 poqonmetr səki daşı düzülüb. Səkilərə 2 min kvadratmetr tamet döşənib.

Ümumi sahəsi 3,64 hektar olan Səməd Vurğun Parkında səki daşlarının altı mişar daşı ilə hörülüb və 2400 poqonmetr səki daşı düzülüb. Səkilərə 3700 kvadratmetr tamet döşənib. Parkda ümumi sahəsi 250 kvadratmetr olan və ilboyu istifadəsi nəzərdə tutulan açıq və qapalı kafenin tikintisində son tamamlama işləri aparılır. Parkda 38 ədəd yeni işıq dirəyi quraşdırılıb. Ərazidə yaşıllıqların suvarılması və digər məqsədlər üçün 1450 metr uzunluğunda su xətti çəkilib. Bundan əlavə, həm dekorativ görünüş, həm də isti yay günlərində parkda sərinlik yaratmaq üçün ərazidə müasir dizaynda fəvvarə quraşdırılıb. Yeni avtodayanacağın beton bordürləri düzülüb, asfalt örtüyü salınıb.

Ümumi sahəsi 6,3 hektar olan Nəriman Nərimanov Parkında da səki daşlarının altı mişar daşı ilə hörülüb. 1280 poqonmetr səki daşı düzülüb. Səkilərə 3200 kvadratmetr tamet döşənib. Bu parkda da sakinlərin və turistlərin mənalı istirahəti üçün fəvvarə quraşdırılıb.