Ev Turizm Xəbərləri Bu ilin 8 ayında milli parkları ziyarət edənlərin sayı açıqlanıb

Bu ilin 8 ayında milli parkları ziyarət edənlərin sayı açıqlanıb

Milli park

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın milli parklarında ekoturizm fəaliyyətinə dair bu ilin 8 ayı üzrə statistik məlumatları açıqlayıb.

APA xəbər verir ki, göstəricilərdə milli parkları ziyarət edən yerli və xarici turistlərin sayı və ekoturizm sahəsindən daxil olmuş vəsait barədə məlumatlar yer alıb.

Belə ki, 2019-cu ilin 8 ayı ərzində Abşeron Milli Parkınn ərazisinə daxil olan turistlərin ümumi sayı 1926 nəfər təşkil edib. Turistlərin 1659 nəfəri yerli, 267 nəfəri isə xarici vətəndaşlar olub. Bu il üçün ekoturizm sahəsindən ümumi daxilolmalar 3022 manat, turizmdən daxilolmalar isə 2452 manat təşkil edib.

Ağgöl Milli Parkını bu ilin 8 ayında 2706 turist ziyarət edib. Onlardan 2700 nəfərini yerli, 6 nəfərini isə xarici vətəndaşlar təşkil edib. Ekoturizm sahəsində ümumi daxilolmalar 10904 manat, turizmdən daxilolmalar isə 3820 manat olub.

Altıağac Milli Parkının ərazisinə 8 ay ərzində daxil olan turistlərin ümumi sayı 1024 nəfər təşkil edib. Onlardan 961 nəfəri yerli, 63 nəfəri isə xarici turistlərdir. Bu il üçün ekoturizmdən olan ümumi daxilolmalar 2302 manat, turizmdən daxilolmalar isə 504 manatdır.

Göygöl Milli Parkını bu ilin 8 ayı ərzində 52605 nəfər ziyarət edib. Turistlərin 47236 nəfərini yerli, 5369 nəfərini isə xarici vətəndaşlar təşkil edib. Ekoturizm sahəsindən ümumi daxilolmalar 10105 manat, turizmdən daxilolmalar isə 91984 manat olub.

Hirkan Milli Parkını 8 ay ərzində ziyarət edənlərin sayı 3179 nəfər təşkil edib. Onlardan 2908 nəfəri yerli, 271 nəfəri isə xarici vətəndaşlardır. Ekoturizm sahəsindən ümumi daxilolmalar 15460 manat, turizmdən daxilolmalar isə 3292 manat təşkil edib.

Samur –Yalama Milli Parkını 8 ayda 555 turist ziyarət edib. Onlardan 548-i yerli, 7-si isə xarici vətəndaşlardır. Ekoturizm sahəsindən ümumi daxilolmalar 10598.08 manat, turizmdən daxilolmalar isə 705 manatdır.

Bu ilin 8 ayında Şahdağ Milli Parkını ziyarət edənlərin sayı 9972 nəfər olub. Turistlərin 9099 nəfərini yerli, 873 nəfərini isə xarici vətəndaşlar təşkil edib. Ekoturizm sahəsindən ümumi daxilolmalar 268704 manat, turizmdən daxilolmalar isə 20790 manat olub.

2019-cu ilin 8 ayı ərzində Şirvan Milli Parkının ərazisinə daxil olan turistlərin sayı 2260 nəfər olub. Onlardan 1702 nəfərini yerli, 558 nəfərini isə xarici vətəndaşlar təşkil edib. Ekoturizm sahəsindən ümumi daxilolmalar 11110 manat, turizmdən daxilolmalar isə 1808 manat olub.

Qızılağac Milli Parkını 8 ayda 368 nəfər ziyarət edib. Ekoturizm sahəsindən ümumi daxilolmalar 8698 manat olub. Turizmdən vəsait daxil olmayıb.

Qeyd edək ki, Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektardır. Bu da ölkə ərazisinin 10,31 %-ni təşkil edir.