PAYLAŞ

         Ev almaq arzusu

Fransa və İtaliyada ev almaq arzusu ilə yaşayanların  xəyalları gerçəkləşir. Belə ki, Avropanın bir sıra şəhər və rayonlarında artıq 1 avroya ev almaq mümkündür. Bunun əsas səbəbi həmin ərazilərdə əhalinin sayının az olmasıdır.

Fransa 

Fransanın Bolqarıstanla sərhəddində yerləşən Rube şəhərində 1 avroya ev almaq olar. Bu zaman irəli sürülən əsas şərtlərdən biri evin 5 il müddətində satılmamasıdır.

İtaliya

Leççe-nei-Marsi şəhərciyində 1 avroya ev sahibi olmaq mümkündür. Əsas odur ki, bütün xərcləri – notarial qeydiyyat işlərinə qədər tələb olunan məbləği tam şəkildə ödəyəsiniz.

Böyük Britaniya

Liverpulun qədim rayonlarından olan Yenfilddə köhnə binalardan mənzil almaq da sərfəlidir. Çünki alqı-satqıdan sonra hökumət evləri restavrasiya edir. Qeyd edək ki, bu təklifdən ancaq rayonda yaşayan və işləyənlər istifadə edə bilər.

Avstriya 

2009-cu ildə hökumət Rappottenstein kəndi ilə bağlı qərar qəbul etdi. Qərara əsasən, 10 ildə ailə qurmağı planlayan və 3 il ərzində ev tikməyə hazır olanlara pulsuz torpaq sahələri verilirdi.

Yaponiya

Xokkaydo adasının sakinlərinin əksəriyyəti digər rayonlara köçdüyündən hökumət torpaqların pulsuz paylanması ilə bağlı qərar qəbul edib.

Torpaq alanlar 3 il müddətində ərazidə ev tikməli idilər.