Ev Gəzməli yerlər Yerlər Nazir müavini: Hotellərin nikah kağızı tələb etməsi qanunsuzdur

Nazir müavini: Hotellərin nikah kağızı tələb etməsi qanunsuzdur

              Nikah kağızı

“Hotellərin nikah kağızı tələb etməsi faktları əvvəllər daha çox idi”.

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə deyib.

Mədəniyyət və Turizm Nazirliyi

Nazir müavini bildirib ki, media nümayəndələri bu məsələyə diqqət ayırandan sonra müzakirələr başlayıb: “Nazirlik tərəfindən dəfələrlə bəyanat verilib ki, hotellərin nikah kağızı tələb etməsi qanunsuz məsələdir, dünya praktikasında yoxdur, onu tələb etmək ən azı etik baxımdan doğru deyil.

Düzdür, indi də bu faktlar var, amma deməliyəm ki, onların sayı get-gedə azalır. Əgər kimsə bu faktlarla üzləşərsə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilər”.

Hotel

N. Səmədov əlavə edib ki, hotelin nikah kağızı tələb etməsi hər hansı işçinin özbaşınalığı da ola bilər: “Nazirlik müdaxilə edir, sahibkarlarla ünsiyyətdə oluruq, onlara başa salınır ki, bu sahədə hotel sahibi özünü necə aparmalıdır.

Bəzən hotellərdə qanunvericilikdən xəbəri olmayan insanlar çalışır. Hətta bu, konkret işçinin özbaşınalığı da ola bilər”.