Ev Turizm Xəbərləri Bu ölkə kirayədə qalan turistlərdən – 1,4 MİLYARD DOLLAR QAZANIB

Bu ölkə kirayədə qalan turistlərdən – 1,4 MİLYARD DOLLAR QAZANIB

Turistlər

Airbnb” – dünya üzrə özəl daşınmaz əmlakın qısa zaman üçün kirayəsi üzrə yaradılan onlayn xidmət keçən il Yunanıstan iqtisadiyyatına 1,4 milyard dollar ABŞ dolları gəlir gətirib.

Şirkətin statistikasında evlərin qısa zaman üçün kirayəsi ölkənin turizm sahəsinin güclənməsində çox mühüm rol oynadığı deyilir. Belə ki, evlərdən başqa ölkədə restoranlar, kafelər və digər əyləncə yerlərindən istifadə olunur və təbliğ edilir.

Xidmətin apardığı araşdırmaya görə, səyahətçilərin 42 faiz xərcləri məhz kirayə götürdüyü evlərin ətraf rayonlarına düşür.

Eyni zamanda, qeyd olunur ki, “Airbnb” platforması səyahətin 4 və daha artıq gün üçün uzatmaq imkanı yaradır.