Ev Turizm Xəbərləri BU ÖLKƏLƏRDƏ TƏHSİL SİZİN XEYRİNİZƏDİR

BU ÖLKƏLƏRDƏ TƏHSİL SİZİN XEYRİNİZƏDİR

Avropa

Bəzi ölkələr vətəndaşların və əcnəbilərin təhsilə qoyduğu investisiyaların il ildən artdığını yaxşı başa düşür. Elə buna görə də, bu ölkələr tələbələr üçün təhsilə başladığı gündən pul qazanmağa yardımçı olur. İndi isə sizə 5 ölkə təqdim edəcəyik hansı ki,burada artıq pul xərcləmədən rahat təhsil almaq imkanınız var:


1.Almaniya.

almaniya

Bu ölkə istənilən ixtisasda pulsuz təhsil almaq imkanı verir, çünki Almaniyada bəzi tələbat olmayan sahələrdə təhsil alan tələbələrin  çox azdır. Abituriyentlər üçün zəruri tələb – alman dilini bilməkdir. Ən əsası odur ki, bir neçə ildən sonra dövlət sizə ixtisasınıza uyğun iş təklif edəcək.

2.Böyük Britaniya.

Avropada təhsilini davam etdirmək istəyən tələbələr və məzunlara maliyyə dəstəyi verən bir neçə ölkə var. Bu il Britaniya Konsulluğu Elm və Texnologiya Milli Şurası ilə birlikdə araşdırma, texnoloji-inkişaf və yenilik sahəsində çalışmaq istəyənlərə mükafatlar təqdim edir.

Böyük Britaniya

Böyük Britaniyada mütəmadi olaraq oxşar layihələr təşkil olunur ki, bunun üçün müəyyən bir layihədə iştirakınız lazımdır.

3.Avstraliya.

Avstraliya hökuməti ölkədəki avstraliyalıların ABŞ-da və İngiltərədəki ali təhsil xərcləri ilə əcnəbilərin Avstraliyadakı ali təhsil xərclərini müqayisə edərək  ikinci varianta maliyyə yatırtmağın daha məqsədəuyğun olduğunu qərara aldı.

Avstraliya

Bu ölkə tələbələrə bütün xərclərin cəmi 1/10-ni ödəməklə sərfəli təhsil şərtləri təklif edir. Bundan əlavə, xarici tələbələrə qəbul, yerləşmə, yemək və hətta dəftərxana ləvazimatı pulsuzdur.

4.Danimarka.

Danimarka

Bir neçə il bundan əvvəl Danimarka ali təhsilin strukturunu xarici tələbələrə uyğunlaşdırdı, burada sadəcə orta məktəb diplomu olmaqla ali məktəbə qəbul olmaq imkanı da mövcüddur. Bundan əlavə, Danimarkada hər hansı bir ölkədən olan tələbələrə təqaüd təklif edən bir çox proqram hazırlayıb.

Nəticədə 2013-cü ildən Danimarkada xarici tələbələrin sayı iki dəfə artıb. Onlar üçün Danimarka veb-saytında xüsusi bir proqram da yaradılmışdır. Burada lazım olan bütün məlumatlar dərc olunurdu: abituriyentlərdən əsas tələblər, təhsil xərcləri, mövcud təqaüdlər, təqdim edilən kurslar və s.

5. Hollandiya.

Hollandiya xaricdə təhsil almaq istəyənlər üçün ideal bir seçimdir. Pulsuz ali təhsillə yanaşı, universitetlər xarici tələbələrə təqaüd də verirlər.

Hollandiya

Təhsil, Mədəniyyət və İncəsənət Nazirliyi, tədqiqat institutları və universitetlər Hollandiyada bakalavr və ya digər ali dərəcə almaq istəyən xarici tələbələr üçün hazırlanmış Holland Scholarship vasitəsilə təqaüd təklif edir.