Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bu gündən başlayaraq start götürəcək. Novruz şənlikləri 20 gün davam edəcək.
Azərbaycanın tarixi ənənələrinin və mədəniyyətinin xarici turistlərə çatdırılmasıdır. Şəhər sakinlərinin və qonaqların bayram günlərində asudə vaxtının maraqlı və səmərəli keçirilməsi məqsədilə təşkil olunan festival “Sahil bağı”nda martın 24-dək keçiriləcək.
Festival ərazisi Novruz elementləri və dörd çərşənbəyə müvafiq təbiət rəmzlərinə uyğun dekorasiya edilib. Tematik olaraq bir neçə hissəyə bölünəcək. Festival zonası hər gün saat 11-dən 21:00-dək, xüsusi bayram proqramının təşkil olunacağı 19, 20 və 21 martı əhatə edəcək bayram günlərində isə 23:00-dək ziyarətçilərə açıq olacaq.
Şənliklər ərzində dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənətkarların əl işləri nümayiş etdiriləcək. Ustad dərsləri keçiriləcək, həmçinin həmin məhsulların satışı üçün yarmarka təşkil olunacaq. Festival boyunca məşhur kulinarlar tərəfindən milli mətbəx nümunələri hazırlanacaq, animatorlar çıxış edəcək, əyləncəli və musiqili proqramlar qonaqlara təqdim olunacaq.
Festivalda UEFA final liqasının brend zonası yaradılacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən futbol meydançası qurulacaq və idmançılarla imza günləri təşkil ediləcək.
İlk dəfə olaraq bayram günlərində Novruz personajları – Bahar qız, Kosa, Keçəl, eləcə də bayramın özü və çərşənbələrin personalizasiyası ilə yeni konsepsiyada musiqili teatr tamaşası (muzikal) nümayiş etdiriləcək.
Tamaşada Novruz bayramı ilə bahar fəslinin sevgisi, xeyir və şərin əbədi mübarizəsi, sonda sevginin və xeyrin qalibiyyəti təsvir olunur.