Dubay

Dünyanın 70-dən çox ölkəsinin mədəniyyəti ilə tanışlıq, dağlarda velosipedlə gəzinti, vəhşi heyvanlara tamaşa etmək və bir çox digər əyləncələr təklif edən Dubay ailəvi istirahəti qiymətləndirənlər üçün cəlbedici turizm məkanıdır. Şəhərdə həm örtülü məkanlarda, həm də açıq havada dincəlmək üçün çoxlu variantlar var.

Dubay

Qaranlıqda parlaq installyasiyaları ilə işıq saçan “Dubai Garden Glow” parkı BƏƏ-nin yeni atraksionlarından biridir. “Dubai Miracle Garden” parkında sizi 50 milyon güldən ibarət kompozisiya, “Dubai Butterfly Garden”də isə aralarında nadir növləri olan 35 min kəpənək gözləyir.

Şəhər istirahət zonaları da turistlərin axın etdiyi məkanlardır. Məsələn, Palm-Cümeyra adasının sahilində bu yaxınlarda istifadəyə verilmiş “The Pointe” məhəlləsində körfəz mənzərəsini seyr etmək, möhtəşəm fəvvarələr şousuna baxmaq və buradakı 80 restoranlardan birində şam etmək olar. Dubayın “La Mer” dəbdəbəli rayonu isə qraffiti və çimərlik istirahətini xoşlayanlar üçün sərfəlidir. Burada “Laguna Waterpark” akvaparkı da yerləşir. “Dubai Creek”in sahilində olan Al Seef rayonunda şəhərin ənənəvi, həm də müasir mədəniyyəti ilə tanış olmaq olar. Bu yaxınlarda Dubay-Marina buxtasının yaxınlığındakı süni “Bluewaters Island” adasında dünyanın ən böyük panorama çarxı istifadəyə veriləcək.

Dubay

Şəhərin “Global Village” parkı isə bir başqa aləmdir. Burada qonaqlar yerli sənətkarların ənənəvi əl işləri ilə tanış ola və 70-dən çox ölkənin yeməklərinin dadına baxa bilərlər. “Ripe Market” bazarı istirahət günləri bütün ailə üzvləri ilə dincələnlər üçün açıq səma altında ideal məkandır. Buradakı çadırlarda xalq sənətkarlarının, dizayner və zərgərlərin əl işləri satılır. Balaca qonaqlar üçün də burada heyvanat parkı fəaliyyət göstərir.

Vəhşi təbiətdə istirahəti xoşlayanlar üçün Həcər dağının mənzərəli fonunda olan Hətta dağ bölgəsində maraqlı sürprizlər var. Burada təkcə uzun piyada və velosiped gəzintiləri deyil, həmçinin zorbinq (şəffaf şarın içərisində təpədən enmək), ziplayn, oxatma və digər əyləncələr nəzərdə tutulub. Qonaqlara qalmaq üçün müxtəllif yerlər – çadırlar, eko-localar və ya özünün terrası olan treylerlər təklif edilir.

Dubay

Al-Kudra lagün kompleksi turistləri flaminqo, qu quşları, müxtəlif köçəri quşların təbii şəraitdə məskunlaşması ilə heyrətləndirir. Ürəklərin birləşməsi formasında yaradılmış süni “Məhəbbət gölü” romantiklərin xoşuna gələcək. Al-Marmum səhrasında da müxtəlif vəhşi heyvanlar – ərəb oriksi, ceyran, tülkü, vaşaq və başqa canlılar var. Tezliklə burada heyvanları və quşları müşahidə etmək, habelə ulduzlara və günəşin qürubuna tamaşa etmək üçün on xüsusi məntəqə açılacaq.

“Aventura” panda-parkı

“Aventura” panda-parkı (6 yaşından böyük uşaqlar üçün) macəra həvəskarları və aktiv istirahət etmək istəyənlər üçün əsl tapıntıdır. Kəndirli parkda tarzan yeri, sürüşmə divarları ilə cəldliyinizi və gücünüzü yoxlaya bilərsiniz. Daha balaca uşaqlar üçün (1 yaşdan başlayaraq) oyun zonaları, ağaclarda kiçik evlər, kəndirdən torlar, qum meydançası və heyvanat parkı olan “XPark Jr” fəaliyyət göstərir.

Dubay

Skeytbordçular, o cümlədən bu əyləncə növünə yeni başlayanlar üçün BƏƏ-nin ərazisində ən böyük və yeni “XDubai Skatepark“ı tövsiyə edirik.

Dubay avtodromunda isə yeddi yaşından böyük uşaqlar örtülü məkanda olan trekdə yürüş edə bilər. Eyni zamanda, yaşı daha çox olan uşaqlar üçün tunelləri və maneələri olan mürəkkəb tras nəzərdə tutulub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin