Ev Aviabiletlər “Buta Airways” Bolqarıstanda

“Buta Airways” Bolqarıstanda

“Buta Airways “

“Buta Airways” aşağı büdcəli aviaşirkəti yanvarın 16-da ilk Bakı-Sofiya-Bakı birbaşa aviareysini həyata keçirib.

“Buta Airways” – “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir.

“Buta Airways”in 2016-cı ilin dekabrında əsası qoyulmuşdur və 2017-ci ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Hazırda loukoster Bakı və Gəncə hava limanlarından uçuşlar olmaqla Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran və Bolqarıstanda on beynəlxalq istiqamət üzrə yaxın xaricə reyslər yerinə yetirir.

Artıq fəaliyyətə başladığı vaxtdan “Buta Airways” aviaşirkətinə həm Azərbaycan vətəndaşları arasında, həm də başqa ölkələrdə böyük tələbat var. Təyyarələrin dolması əksər istiqamətlər üzrə ən azı 85 faiz təşkil edir.

“Buta Airways” aviadaşıyıcısının donanmasına müasir və komfortlu “Embraer E190” təyyarələri daxildir. Bu yeni və etibarlı təyyarələr rahat oturacaqlar, ayaqlar üçün geniş sahə, eləcə də əl yükü üçün böyük rəflərlə təchiz edilmişdir. Yeni istiqamətlərin sayının artması ilə aviaşirkət hava gəmiləri parkını genişləndirməyi planlaşdırır.

Aviaşirkətin J2-9059 nömrəli reyslə uçan təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxaraq Sofiya Beynəlxalq Aeroportuna eniş edib. Bu münasibətlə Sofiya Beynəlxalq Aeroportunda təntənəli qarşılanma mərasimi təşkil olunub.

Aviareysin Bakıda keçirilən açılış mərasimində Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər.

Qeyd edək ki, uçuşlar həftədə bir dəfə, çərşənbə axşamı günü (2018-ci ilin qış uçuş cədvəli üzrə) baş tutacaq.

Buta Airways
“Buta Airways “açılışı