Ev Turizm Xəbərləri Buxarestdə keçirilən xeyriyyə bazarında ölkəmiz də təmsil olunub

Buxarestdə keçirilən xeyriyyə bazarında ölkəmiz də təmsil olunub

Buxarestdə

Azərbaycanın Rumıniyadakı səfirliyi Buxarestdə keçirilən Beynəlxalq Qadınlar Assosiasiyasının ənənəvi diplomatik xeyriyyə bazarında (Charity Bazaar) ayrıca guşə ilə təmsil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rumıniyada akkreditə olunan 40-dan çox ölkənin diplomatik nümayəndəlikləri, həmçinin müxtəlif təşkilatlar, fondlar, şirkətlər və KİV nümayəndələri iştirak edib.

turizm

Diplomatik missiyaların rəhbərlərinin həyat yoldaşlarının təşkilatçılığı ilə keçirilən xeyriyyə bazarında ənənəvi olaraq iştirakçı ölkələr öz mədəniyyət, incəsənət, musiqi və milli mətbəx nümunələrini nümayiş etdirib. Satışdan əldə olunan vəsaitlər təşkilat komitəsi tərəfindən xeyriyyə məqsədləri üçün istifadə olunub.

Xeyriyyə bazarında iştirak edən səfirliyimizin əməkdaşları xalqımıza məxsus mədəni, tarixi, milli irs nümunələrini, mətbəximizin ləziz təamlarını nümayiş etdirib. Ziyarətçilərə ölkəmizin tarixi, ədəbiyyatı, milli kulinariya və turizm potensialını əks etdirən müxtəlif kitablar, açıqcalar və bukletlər paylayıb. Eyni zamanda, milli məhsullarımızın təbliği məqsədilə Azərbaycan stendində təqdim olunmuş “Xurcun”, “Farko”, “Ulduz”, “Astaraçay” şirkətlərinin məhsulları iştirakçılar tərəfindən böyük həvəslə alınıb.

turizm

Həmçinin, Azərbaycan stendində paytaxtımızın görkəmli yerlərinin təsvirləri, ölkəmizə aid şəkillər, yerli sənətkarlıq nümunələri tədbirdə iştirak edən minlərlə izləyici olub. O cümlədən hökumət və mətbuat nümayəndələri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun yerli mətbuat nümayəndələrinə müsahibəsi və ölkəmizin xeyriyyə bazarında iştirakı Rumıniyanın aparıcı KİV-ləri tərəfindən işıqlandırılıb.