Ev Gəzməli yerlər Yerlər Çamadanı necə yığmaq lazımdır.

Çamadanı necə yığmaq lazımdır.

Çamadanı necə yığmaq lazımdır ki heçnəyi unutmayasan.

Yay istirahət fəslidir. Hər birimiz bu mövsümü səbrsizliklə gözləyirik ki, tək işdən deyil, məişət qayğılarından istirahət edək. Hər kəs fərqli istirahət etsə də, əksəriyyət xaricə getməyə önəm verir.

Hara getsəniz belə, heç bir səyahət çamadansız ola bilməz. Belə olanda bir sual ortaya çıxır: “Özümlə nə götürüm?” Sual primitiv görünsə də, çox ciddi problemdir. Bəzən götürdüyün əşyalar tamamilə lazımsız olur. Axı tropik adada şalvar və gödəkçə nəyə lazımdır ki?

Çamadanı necə yığmaq lazımdır ki, heç nəyi unutmayasan? İstirahət üçün nə lazımdır?

Bu məsələlərlə bağlı tanınmış bloqer və şairə Zəhra Bədəlbəylinin fikirləri öyrənilib. “Adətən yayda isti ölkələrə gedirik. Bu səbəbdən düşünmürəm ki, çox şey lazım olur. Bir çamadan bəs edir. Ancaq qadınların çoxu belə düşünmür. Yay istirahəti üçün çamadan yığmaq daha asandır. Çimərlik üçün lazım olan şeylər, 2-3 don, şort, şlyapa. Dəriyə qulluq üçün kremi də unutmaq lazım deyil.

Mənə həmişə cəmi bir çamadan bəs edir. Əgər nəsə lazım olarsa, yerində ala bilirəm. Şükür Allaha ki, hər yerdə hər şey satırlar. Mənim çamadanımda kosmetika, losyon, gel və dəriyə qulluq vasitələri olur. Məncə, hər şeydən vacib bunlardır”, – o qeyd edib.

Bəs siz necə fikirləşirsiniz ?