Ev Turizm Xəbərləri Çində ildə 535 dollar qiymətinə ada icarəyə götürmək mümkündür

Çində ildə 535 dollar qiymətinə ada icarəyə götürmək mümkündür

Turizm

Çində ildə 535 dollardan başlayan qiymətlərlə ada icarəyə götürmək təklif olunur.

Gezmeli.az xəbər verir ki, bu barədə “Travel & Leisure” məlumat verib.

Qeyd edək ki, ölkənin şimal-şərqdəki Liaoning əyalətində 500-dən çox yaşayış olmayan ada var. Onlardan bəziləri Şimali Koreya ilə sərhəddə, Yalu çayı boyunca yerləşir.

Bildirildiyi kimi, icarəyə verilən adalar arasında ən ucuzu ildə 535 dollaradır. Bununla yanaşı, daha bahalı variantlar da var, məsələn, 3,6 milyon dollara. Qiymətlər dəniz faunasından, ekoloji problemlərdən və çimərliklərin sayından asılıdır.

Ada icarəyə götürmək qərarına gələn hər kəs icarə haqqından daha çox pul ödəməli olacaq. Layihələr turizm, kənd təsərrüfatı, balıqçılıq və şəhərsalma daxil olmaqla doqquz kateqoriyadan birinə daxil olmalıdır.

Qeyd edək ki, Liaoning vilayətindəki bir neçə ada artıq turizm üçün istifadə olunur, onların bir çoxu parklara çevrilib.