Sonvaxtlar bütün dünyada müzakirələrə səbəb olan mövzulardan birincisi Çindəyayılan koronavirusdur. Virus ölkənin bütün sferalarına ciddi təsir göstərib.Xüsusilə də ölkənin iqtisadi həyatını geriləməyə doğru aparır. Artıq bütünturizm obyektləri bağlanıb. O cümlədən Böyük Çin səddi, Pekindəki imperatorsarayı, Şanxaydakı əyləncə mərkəzlərinin fəaliyyəti qeyri-müəyyən vaxta qədərdayandırılıb. Çin hökuməti koronavirusun qarşısını almaq üçün yanvarın 24-dəndaxili, 27-dən isə xarici turizm səfərlərini məhdudlaşdırıb. Məlumatüçün bildirək ki, yalnız 2019-cu il ərzində 170 milyon Çin vətəndaşı xaricəsəyahət edib. Çinli turistlər həm saylarına, həm də xərclədikləri məbləğə görədünyanın əsas turistləri sayılırlar. Hər ay Çindən Azərbaycana 2000 turistgəlir. Çində yayılan koronavirusa görə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinə Çinə apardıqlarıturistləri məlumatlandırmaq tapşırılıb. Məlum olduğu kimi ölkələrin əksəriyyətiÇinlə olan turizm əlaqələrini bir müddətlik dayandırıb. Belə ki, havareyslərinin bir çoxu ləğv edilib.
Görünənodur ki, virus sadəcə Çinin deyil, ümumiyyətlə, Çinlə əlaqəsi olan digərölkələrin də turizm sektoruna ciddi təsir edəcək. Maraqlıdır, bu hadisə bizimturizm bazarına necə təsir edəcək, itirilən turist sayını necə tənzimləməkolar?
Turizm üzrə ekspert Müzəffər Ağakərimov qeyd edir ki, virusungeniş şəkildə yayılması həm gəlmə, həm də getmə turizmə mənfi təsir göstərəcək:”Son günlər Çinə gedənlərin də, Çindən gələnlərin də sayında ciddi azalmamüşahidə edilir. Əlbəttə, ilk növbədə sağlamlığa önəm vermək lazımdır. Bununüçün profilaktik tədbirlər görülməlidir. Hazırda Çinə getmək əvəzinə, digərölkələrə səfər etmək daha məqsədəuyğundur. Eyni zamanda, çalışmaq lazımdır ki,xüsusilə xəstəliyin daha geniş yayıldığı ərazilərdən gələn turistlərəməhdudiyyətlər qoyulsun. Turizmin inkişafına mənfi təsir göstərən bir sırahallar var. Bunlara zəlzələ, təbii fəlakətlər daxildir. Elə bu xəstəliyinyayılması da fors-major hallardandır. Bu, sadəcə bir ölkəyə yox, ümumiyyətlədünya turizminə mənfi təsir edir. Turizm şirkətləri məsələyə xüsusi həssaslıqlayanaşmalıdırlar. Ola bilər ki, vətəndaşın xəbəri olmasın, amma Çinə getmək istəyənşəxsi turizm şirkəti məsələdən xəbərdar etməlidir”.
“Luna Travel” turizm agentliyinin direktoru RəhmanQuliyevin sözlərinə görə, Çindən gələnturistlərin sayında kəskin azalma var: “Artıq bir aya yaxındır ki, dünyamətbuatı Çindəki virusdan yazır. Qaçılmaz haldır ki, bu hadisə turizmə təsirgöstərəcək. Təəssüf ki, hazırda virus epidemiyasının nə zaman aradanqaldırılacağı ilə bağlı bir məlumat verilmir. Bu da istənilən halda insanlarıuzun müddətli olaraq Çinlə bağlı plan qurmamağa sövq edir. Çünki hər kəs ilkolaraq sağlamlığını düşünməlidir. Ola bilər ki, kimsə işi, biznesi, təhsiliüçün Çinə getməyi planlayırdı, amma indiki halda belə bir addım atmaq düzgündeyil. Bütün gedişlər və gəlişlər ləğv edilməlidir. Düzdür, Çinin ölkəmizdəkiturizm bazarını itiririk, amma sağlamlıq hər şeydən vacibdir. Mən məsləhətgörərdim ki, yeni bazarlara qucaq açmağa hələ tələsməyək. Çünki bu xəstəliyinhansı ölkələrdə konkret yayıldığı bəlli deyil. Yaxşı olar ki, virusun yayıldığıcoğrafiyanı araşdırıb tam müəyyən etdikdən sonra başqa ölkələrdən turist cəlbetməyə başlayaq. İnanın, elə ölkələr var ki, orada hansısa virusun yayılmasınıgizlədirlər. Çünki bilirlər ki, bu onların iqtisadiyyatına ciddi zərbə vurabilər. Ona görə bu məsələdə diqqətli olmaq lazımdır. Düşünürəm ki, alternativturizm bazarı axtarmaq əvəzinə, bir az səbrli olub virusun aradan qalxmağınıgözləyək”.
“New Era” turizm şirkətinin rəhbəri Elçin Rüstəmov bildirir ki, digər Asiya ölkələri ilə əlaqələri genişləndirmək olar:”Tək bizim ölkə ilə deyil, bir çox ölkə ilə birbaşa uçuşlar dayandırılıb.Türkiyədə uçuşlar fevral ayının 9-dək dayandırılmışdı, amma ayına sonuna qədəruzadıldı. Eynilə bizdə də reyslər dayandırılıb və nə zaman açılacağı da bəllideyil. Virusun təhlükəlilik dərəcəsi çoxdur. Ona görə iqtisadi olaraq nə qədərziyan olsa da, uçuşların dayandırılması doğru qərardır. Hətta mən təklif edərdimki, Çinlə olan istənilən nəqliyyat əlaqəsi tamamilə dayandırılsın. Açığı,məncə, ölkəmizdə çinli turizm bazarı elə də yüksək deyildi. Yəni düşünmürəm ki,baş vermiş hadisə bizim turizm bazarının inkişafına ciddi zərbə vursun. HazırdaAsiyanın digər ölkələri ilə əlaqələrimiz daha genişdir. Məsələn, Pakistan, Hindistandangələn turistlərin sayı daha çoxdur, nəinki Çindən gələnlərin. Adlarını qeydetdiyim turizm bazarlarını da alternativ kimi böyütmək olar”.