Ev Turizm Xəbərləri Coğrafi İnformasiya Sistemlərinin idarə olunması ilə bağlı proqram təminatı və elektron xəritə...

Coğrafi İnformasiya Sistemlərinin idarə olunması ilə bağlı proqram təminatı və elektron xəritə hazırlanıb

elektron xəritə

Nəqliyyatı intelektual idarəetmə sisteminin ən əhəmiyyətli komponentlərindən olan Coğrafi İnformasiya Sistemlərinin (CİS) idarə olunması ilə bağlı proqram təminatı və elektron xəritə hazırlanıb.

Proqram təminatında Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri üzrə 34 bölmədən ibarət məkan məlumatları verilib. Digər coğrafi məlumatları özündə əks etdirən rəqəmsal xəritə əks olunub. Yaradılan CİS bazasında yol sərhədləri, yol nişanlanması, kəsişmələr, yolayrıcı zolaqlar, velosiped yolları, parklanma yerləri, taksi və avtobus duracaqları, avtobus zolaqları və sair haqqında məlumatlar yerləşdirilib. CİS bazası yol və şəhər infrastrukturu haqqında geniş məlumat əldə etmək, müxtəlif hesabatlar, analizlər və emal proseslərini həyata keçirtməyə imkan verir. Bu rəqəmsal xəritədən istifadə etməklə gələcəkdə naviqasiya sistemi işləməsi üçün lazım olan məkan məlumatlarını əldə etmək də mümkün olacaq.

CİS xəritəsində Bakı, Sumqayıt və Abşeron yarmadasında mövcud olan tarixi yerlər, muzeylər bir sözlə turizm potensiallı məkanların yerləri barədə məlumatlar əks olunub. Xəritə Azərbaycanın turizm potensialına da ayrıca töhfə vermiş olacaq. CİS gələcəyin planlaşdırılması, insan və ətraf mühit əlaqələrini modelləşdirmək üçün bizə geniş imkanlar yaradır. Beləliklə bu gün tam əminliklə deyə bilərik ki, CİS-in meydana çıxması məkan məlumatlarının toplanması, sistemləşdirilməsi üçün vacibdir. Təhlil və xəritləşdirilməsi baxımından da yeni mərhələnin başlanğıcını qoyub.

Eyni zamanda, müntəzəm marşrut xətləri üzrə avtobusların vahid mərkəzdən idarə olunacaq . Bu məqsəd ilə Mərkəzləşdirilmiş Dispetçer Xidmətinin yaradılması işləri də artıq yekunlaşmaq üzrədir. Bununla bağlı işlər iki istiqamətdə aparılıb. Sözügedən xidmətin yaradılması real vaxt rejimində marşrut xətləri üzrə avtobusların hərəkət cədvəlinə və sxeminə riayət olunmasına nəzarət etməyə imkan verəcək.