Dağıstan gözəlliyi-Axtı

Çoxlu səfalı, axar-baxarlı kəndləri olan Dağıstanda təkcə Rusiyadan deyil, Azərbaycandan da insanları cəlb edən bir kənd var. Bu, şəfaverici qaynar bulaqları ilə məşhur olan Axtı kəndidir. Azərbaycanla sərhədin yaxınlığında yerləşən Axtı ölkəmizin şimal bölgələrinin sakinləri arasında xüsusilə populyardır. Bura müalicə olunmağa gələn turistlər dağ mənzərələrinin möhtəşəmliyinə,  yerli sakinlərin hədsiz qonaqpərvərliyinə valeh olurlar.

Dağıstan

 

 

 

 

 

 

Dağlarda şəfa ocağı

Axtı rayonunun inzibati mərkəzi – Axtı kəndi Azərbaycanla sərhədin cəmi 35 kilometrliyində, Axtıçay və Samur çaylarının qovuşduğu yerdə, dəniz səviyyəsindən min metrdən çox yüksəkdə, mənzərəli dağ zirvələrinin əhatəsində yerləşir. Təqribən 15 min əhalisi olan bu ləzgi kəndi Dağıstanın əsas mədəniyyət və turizm mərkəzlərindən biri hesab edilir.

Axtı əsrlər boyu şəfalı qaynar bulaqları ilə şöhrət qazanıb. Tarixi sənədlərdə bu bulaqlar barədə ilk məlumat eramızın VI əsrinə aiddir. Axtı bulaqları 1400-1700 metr dərinlikdən dağların şist laylarını yararaq böyük təzyiq altında səthə çıxır. Bu suların tərkibi hələ çar Rusiyası dövründə tədqiq edilib və bir sıra xəstəliklərin müalicəsində çox səmərəli olduğu təsdiq edilib. Bulaqların yerində dəfələrlə hamamlar tikilib, yenidən qurulub.

Dağıstan

“Axtı” balneoloji kurortu hazırda ümumi ərazidə yerləşən 14 hidrogen sulfitli, yodlu-bromlu və radonlu bulağı əhatə edir. Bu bulaqlar şərti olaraq “Hamam” adlanan yuxarı və “Jeni” adlanan aşağı hamamlara bölünür. Temperaturu 50-52 dərəcə olan ən qaynar sular yuxarı hamamları təchiz edən “əsgər”, “zabit”, “kişi”, “qadın” adlanan bulaqlarındır. Yuxarıdakı bulaqların bir kilometrliyində yerləşən “Jeni” bulaqlarında suyun temperaturu 43 dərəcə civarındadır. Məsələn, “Буругъ Яд” bulağının hidrokarbonat-xlorid-natriumlu suyu mineral tərkibinə görə Yessentukidəki duzlu-qələvili sulara yaxındır.

Dağıstan

Qaynar Axtı bulaqlarının suları oynaq revmatizminin və radikulitin müalicəsi üçün vanna şəklində, yüksək turşuluqlu qastritlərin, mədə xorasının, onikibarmaq bağırsaq və bir çox digər xəstəliklərin müalicəsində daxilə qəbul şəklində əvəzolunmazıdır. Hidrogen sulfid dəri və tənəffüs yolları vasitəsilə orqanizmə fəal daxil olur. Mineral vannalar onurğa, sinir və ürək-damar sistemləri xəstəliklərinin müalicəsində də səmərəlidir.

Dağıstan

Axtıda sərin sulu bulaqlar da var. Məsələn, onlardan biri Axtıdan kimsəsiz Kudçax kəndinə gedən yolda yerləşir. Bulağın suyu ( 27,5 dərəcə) maqneziumla zəngindir. Axtı qalasının qarşısında suyunun temperaturu 32,7 dərəcə olan sodalı bulaq yerləşir. Onun suyunu mədə-bağırsaq traktı, qaraciyər, öd yolları xəstəliklərində və maddələr mübadiləsinin pozulması zamanı içmək tövsiyə olunur. Bu suda çimmək qan dövranını yaxşılaşdırır, sinir sistemini möhkəmləndirir, yuxunu və iştahanı yaxşılaşdırır.

Dağıstan

Kurortun daimi müsafirlərindən biri, bakılı tibb bacısı Elmira Əliyeva isə deyir ki, Axtıda müalicənin çox güclü səmərə verməsini yalnız suyun tərkibi və ya müalicəvi palçıqla bağlamaq olmaz. Bu diyarın qeyri-adi havası, büllur kimi suyu və ekoloji təmiz məhsulları var. Məhz bu faktorların hamısının birləşməsi pasiyentlərin qısa müddətdə şəfa tapmasına kömək edir, haqlı olaraq Axtıya beynəlxalq səviyyəli müalicəxana şöhrəti qazandırır.

Ləzgi pəhləvan və Afrika dəvəquşuları

Turistlər Axtıçayın hər iki sahilində yerləşən Axtı kəndinin tam mənzərəsini seyr etmək üçün Kelezhev dağının zirvəsində yerləşən Şarvili memorialına qalxırlar. Kəndin məscidləri, körpüləri, evləri və küçələri, habelə qala buradan ovuc içi kimi görünür.

Dağıstan

Böyük, şirəli və şirin Axtı almaları ayrıca söhbətin mövzusudur. Dağıstan ərazisində günəş işığının davamiyyəti Axtıda daha uzunmüddətlidir: ildə 2553 saat. Yumşaq iqlim, təmiz hava və su, kimyəvi maddələr istifadə edilməyən ənənəvi bağçılıq və bostançılıq sayəsində yerli meyvə-tərəvəz çox dadlı və faydalıdır. Buna əmin olmaq üçün yerli bazara baş çəkmək kifayətdir!

Axtılılar gəlmələrin diqqət mərkəzində olmağa çoxdan alışıblar. SSRİ dövründə burada hətta aeroport fəaliyyət göstərirdi. Bu ümumittifaq şəfa ocağı o qədər populyar idi ki, bura Bakıdan, Mahaçqaladan, Tbilisidən, Krasnavodskdan müntəzəm reyslər həyata keçirilirdi. Əvvəllər olduğu kimi, bu gün də Axtı qonaqlarını qeyri-adi mehribanlıqla və ehtiramla qarşılayır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin