Ev Turizm Xəbərləri Daha bir ölkə turistlərin qəbulunu bərpa etdi

Daha bir ölkə turistlərin qəbulunu bərpa etdi

Namibia

Namibiya xarici turistlərin qəbulunu bərpa edib. Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla belə, ölkəyə gələn xarici turistlər üçün bir sıra şərtlər irəli sürülüb.

Belə ki, turistlər mənfi koronavirus testi barədə arayışa sahib olmalı, (72 saat ərzində)
ölkənin paytaxtı Vindhukdakı əsas beynəlxalq hava limanından keçməlidirlər.

Ölkəyə çatanda sağlamlıq anketini doldurmaq tələb olunur. Hava limanında şübhəli simptomları aşkarlanarsa, COVID-19 üçün pullu test verməlidirlər.

Həmçinin, səyahət sığortası da tələb olunur. Namibiya səlahiyyətliləri tərəfindən izləniləcək yerli bir mobil telefon nömrəsi almaq da vacibdir.

Qonaqlar birbaşa hava limanından Namibiya Turizm Şurası və Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş otelə və ya yaşayış yerinə getməlidirlər. Əcnəbilərə yolda dayanmağa icazə verilmir.

Mütəxəssislərin fikrincə, xarici səyahətçilər üçün bu ölkəyə giriş və qalma sxemi hələ ki, mürəkkəb görünür.