Ev Gəzməli yerlər Gəzəyənlər Dünyada ilk səyahət agentliyinin yaradıcısı kim olub?

Dünyada ilk səyahət agentliyinin yaradıcısı kim olub?

Tomas Kuk

Tomas Kuk dünyada ilk səyahət agentliyinin yaradıcısı olub.

Biz onun fəaliyyəti haqqında ən maraqlı faktları sizin üçün topladıq. Bir ingilis təşəbbüskarı və dünyanın ilk səyahət agentliyinin yaradıcısı olan Tomas Kuk 22 noyabr 1808-ci ildə Melbrunda doğulmuşdur.

İlk səyahətçilər içki aludəçiləri və siqaret çəkənlər idi.

Bəli, bəli, sırf onlar ilə Kuk turist fəaliyyətinə başlamışdı. O, yoxsul baptist idi, siqaret çəkməyə və alkoqollu içkilərə nifrət edirdi. Sərxoşluğa qarşı cəmiyyətə rəhbərlik edən Kuk, alkoqolizm və siqaretə qarşı mübarizə elan etdi. O, sağlam həyat tərzinin qanunlarını təbliğ etdi və 1839-cu ildə “Sərxoşun gündəliyi” adında jurnal dərc etdi. Burada siqaret və içkinin ziyanlarından ətraflı danışılırdı. Qəzetin sonuncu buraxılışı daha çox məşhurlaşırdı və 1841-ci ildə Kuk ayıq fikirli insanların tətilini təşkil etməyə qərar verdi. Bunu etmək üçün, o, bir qatar icarəyə götürdü və Lesterdən Lafboroya (İngiltərənin iki kiçik şəhərinə) marşrut planladı, lazımlı bütün dəvətnamə və reklam plakatlarını insanlara payladı və 5 iyul 1841-ci ildə 570 nəfər “ayıq dost” doqquz açıq vaqona oturdu. Bu açıq fəaliyyət Kuka böyük uğur gətirdi, daha sonra öz səyahət agentliyinin açılmasına yol açdı.

Tomas Kuk

Turistləri səyahətlərə şəxsən özü yola salırdı.

Həmin vaxt Kukun uğurlu fəaliyyətindən onunla işləyən müştərilər geniş danışırdı. Sonradan isə turistlər Kukun uğurlu fəaliyyətinin əsas səbəbi kimi turistləri səyahətə onun özünün yola salmağını göstərirdilər , çünki o zaman dəmir yolu və qatarlar hələ təzə-təzə populyarlıq qazanamağa başlamışdı və bir çoxları sağlamlığı, təhlükəsizliyi və şəxsi əşyaları üçün narahatlıq yaşayırdılar. Kuk turistlərlə birgə səyahət edərək onları sakitləşdirirdi.

Milyonlar üçün-dəmir yolları

O vaxt dəmir yolunda böyük perspektivlər var idi. Buna görə də, dəmir yolunun idarəçiliyi ilə müqavilə imzalamış və onlara müntəzəm olaraq müştəri yığmağı  vəd etmişdir.