Ev Maraqlı DÜNYANI GƏZMƏK ÜÇÜN İKİ NƏFƏR “PEŞƏKAR TURİST” AXTARILIR – MARAQLI

DÜNYANI GƏZMƏK ÜÇÜN İKİ NƏFƏR “PEŞƏKAR TURİST” AXTARILIR – MARAQLI

İslandiyanın WOW Air şirkəti maraqlı elan paylaşıb

Gezmeli.az.Az səyahətçi fotoqraf Əli Əkbərə istinadən xəbər verir ki, şirkət müvəqqəti iş kimi iki nəfər “peşəkar turist”  axtarır. Müsabiqədə 18 yaşından yuxarı ingilis dilini bilən kim varsa – hamı iştirak edə bilər. Cinsin və milliyətin heç bir fərqi yoxdur. Əsas tələblərdən də biri  həmin şəxsin Facebookda profili olması, başqa aviaşirkətin işdəməməsi və sağlam olmasıdır. İştirak etmək istəyənlər öz yaşadığı şəhər barədə qısa video çəkib göndərməlidir.

Son qeydiyyat tarixi 14 may göstərilir. Seçilən 2 “peşəkar turist” iyunun 1-dən avqustun 15-dək İslandiyanın paytaxtı Reykyavikə köçəcək. Bu müddət ərzində də dünyanın müxtəlif ölkələrinə səyahətlər edəcək. Hər səyahət 2-4 gün müddətində olacaq. Səyahətdən qayıdandan sonra da  turistlər sosial şəbəkədə səfərlə bağlı hesabatları paylaşmalıdır. Bütün xərclər şirkət tərəfindən ödənilir, üstəlik bu müddət ərzində 9500 AVRO cibxərcliyi də veriləcək.

İştirak etmək istəyənlər üçün link: https://travelguide.wowair.com/apply.html