Ev Gəzməli yerlər Dünyanın ən yaxşı turizm istiqamətləri məlum oldu

Dünyanın ən yaxşı turizm istiqamətləri məlum oldu

Ən yaxşı turizm istiqamətləri.

Dünyanın ən iri turizm portallarından sayılan “TripAdvisor” dünyanın ən yaxşı turizm istiqamətləri ilə bağlı reytinqin qaliblərini açıqlayıb.

1.Top Destinations on the Rise 

Birinci yerdə Yaponiyanın o qədər də tanınmayan İsiqaki adası gəlir. Həmin ada “Top Destinations on the Rise” nominasiyası üzrə turistlər arasında ilin seçimi olub. İsiqaki füsunkar ağ çimərlikləri və sualtı qayaların zəngin fauna və florası ilə tanınır. Adıçəkilən ada, eyni zamanda, sörfinq, dayvinq və snorklinq üçün ən münasib məkanlardan hesab olunur. Adanın əsas incilərindən sayılan Manqrov meşələri və dağının yaratdığı füsunkar landşaft İsiqakidə istirahətin daha möhtəşəm keçəcəyini vəd edir.

2.Havay adaları

İkinci yerdə Havay adalarında yerləşən Kapa kurortu gəlir. Kapa avarçəkmə və su xizəyi ilə məşğul olmağı sevənlər arasında kifayət qədər populyar məkanlardan sayılır.

3.Nayrobi

Üçüncü yerdə isə Keniyanın paytaxtı Nayrobi qərarlaşıb. Adıçəkilən şəhər Afrikada safari üçün ən yaxşı məkanlardan hesab olunur. Turistlərə burada şəhərin gecə həyatı ilə tanış olmaq, Afrikanın izdihamlı bazarlarına və saysız-hesabsız ekzotik heyvanları olan bir neçə milli parka baş çəkmək imkanı yaradılır.

Bundan başqa, reytinqin ilk onluğunda Kanada, Polşa, Kosta-Rika, Latviya, Xorvatiya, İspaniya və Mərakeş kimi ölkələrin adları hallanır.