Ev Gəzməli yerlər Yerlər Sudanın gizli xəritəsi-Piramidalar

Sudanın gizli xəritəsi-Piramidalar

Sudan piramidaları.

Şimali Sudanın gizli xəzinəsi – Sudan piramidaları, digər adı ilə Nubiya piramidaları Misirdəkilərin əksinə, susuz səhralarda baxımsız qalıb. Çoxlarının varlığından xəbərdar olmadığı bu tikililər ölkədəki müharibə fonunda unudulub.

1.Nubiya pramidaları

Nubiya piramidaları Moreo bölgəsində, Sudanın paytaxtı Hartumdan 200 km şimalda, Baqraviyahda yerləşir. Həmin ərazidə 255 piramida var. Misir piramidaları “Yuneskonun mədəni irsləri” siyahısına salınsa da, Sudandakı piramidalar buraya daxil edilməyib.

2.Moreo adası

Həmin piramidalara turist axını, demək olar ki, yoxdur.

Piramidaların yerləşdiyi bölgə, Moreo adası – bir vaxtlar Qara Fironlar olaraq tanınan Quş krallığı hökmdarlarının yaşadığı paytaxt olub. E.ə. 720-300-cü illərdə tikilən piramidaların uzunluğu 6 və 30 metr arasında dəyişir. Giriş qisimləri günəşin doğuşunu qarşılamaq üçün qərbə doğru inşa edilib. Yüz illərdir yaşayan bu canlı tarixin inşası Misir piramidaları tikiləndən sonra başa çatıb.

3.Yunan və Roma mədəniyyəti

YUNESKO-ya görə, piramidaların dekorasiyasında istifadə olunan Misir, Yunan və Roma mədəniyyətinə aid detallar onları qiymətsiz bir əsərə çevirib. Ancaq Hartum Beynəlxalq Muzeyinin direktoru Abdel-Rəhman Ömərin ifadəsinə görə, XIX əsrdə bəzi arxeoloqlar piramidaların qızıl hissələrini söküblər.

4.Əlbəşir höküməti

Ölkədəki vətəndaş müharibəsi Sudan turizmini süquta uğradır. Əl-Bəşir hökuməti isə bu qiymətli tarixi əsərlərə yetərincə diqqət ayırmır.

Qatar Sudanın bu tarixi əsərlərinin yenilənməsi üçün 135 milyon dollar pul ayırsa da, bu əraziyə gələn turistlərin sayı ildə 15 mini keçmir.

5.Şəhər

Sudan piramidaları səhranın ortasında qeyb olmuş bir şəhər kimi onu kəşf edən ziyarətçiləri gözləyir.