22 C
Baku
Cümə axşamı, Aprel 18, 2024
Ev Avropa Dünyanın ən darısqal şəhəri (FOTO)

Dünyanın ən darısqal şəhəri (FOTO)

                   Ən darısqal şəhər

Yəmənin Şibam şəhəri keçmişdə Xardaraut çarlığının paytaxtı olub

Deyirlər çox oxuyan yox, çox gəzən bilər. Gəzmək üçünsə elə yerlər seçmək lazımdır ki, insan həm də biliklər əldə etsin. Maraqlı təbiət mənzərələrini sevənlər daha çox təbiət qoynuna, tarix sevərlərsə tarixi məkanlara səyahət etməyi sevir. Elə insanlar da var ki, dünyanın qeyri-adi məkanları ilə maraqlanır.

Bu məkan dünyanın ən darısqal şəhəri olan Şibamdır .

7 min əhalisi olan Yəmənin Şibam şəhəri keçmişdə Xardaraut çarlığının paytaxtı olub. UNESCO-nun Dünya Mədəni İrs siyahısına şəhər məhz bu qeyri-adi memarlıq üslubu sayəsində daxil edilib

Şibam

Şibamdakı bütün binalar kərpicdən tikilən, 5-11 mərtəbəli evlərdir. Hər mərtəbədə isə bir yaxud da iki mənzil yerləşir. Binalar incəliklə inşa edilib, bununla bərabər, bir-birinə çox yaxındır. Küçələr qaranlıq və son dərəcə dardır

Küçələrinin eni 1-2 metr təşkil edən şəhərin bu cür salınmasının səbəbi bədəvi hücümlarından qorunmaq olub. Şibamın 1700 illik bir şəhər olması ilə bərabər buradakı memari tikililərin əksəriyyətinin tarixi XVI əsrə aiddir.

Şibam

Şibam qərb tarixi qaynaqlarında “ən qədim göydələnlər şəhəri” olaraq anılır. Dünyadakı ən hündür kərpic binaların yerləşdiyi bu şəhər çox mərtəbəli bina nümunələrindən ilki hesab olunur. Şəhərin yaxınlığında yerləşən Tarim qəsəbəsidə eyni memarlıq üslubuna malikdir. Əl-Mindər məscidinin 53 metr uzunluğundakı kərpic minarəsi cənubi Ərəbistan yarımadasının ən yüksək minarəsidir.

Şibam 2008-ci ildə yağan yağışlar səbəbindən sel fəlakətinə məruz qalır. Şəhərdə olan binaların bünövrəsini yuyan sel suları nəticəsində bir çox tikili qəzalı vəziyyətə düşüb. 2009-cu ildə isə Əl-Qaidə terror qruplaşmasının törətdiyi partlayış nəticəsində şəhər memarlığı böyük zərər görüb.