Ev Turizm Xəbərləri Dünyanın ən elit xizək məkanı – Courchevel

Dünyanın ən elit xizək məkanı – Courchevel

Courchevel

Courchevel Fransa Alplarında Les Trois Vallees yəni Üç vadi adlanan ərazidə olan Saint Bon vadisində yerləşir. Dünyanın ən uzun xizək cığırları məhz buradadır. Xizək cığırlarının ümumi uzunluğu 600, ən uzun xizək cığırının uzunluğu isə 120 kmdir. Dünyanın ən yaxşı xizək kurortu hesab olunur, digər xizək kurortlarından fərqli olaraq bütün növ əyləncələrin, gecə həyatının ən yaxşısı burada toplandığı üçün bura Fransanın qış San Tropesi deyirlər. Hong Kong, KannTokyo kimi şəhərlərlə birlikdə dünyanın ən bahalı 6 məkanı sırasına daxildir. Buna görə də George Clooney, Roman Abramoviç, di Caprio, ArmaniMərakeş kralı kimi bir çox məşhur adlar qış tətillərini məhz burada keçirirlər.

Courchevel

Hətta Abramoviç buranı o qədər çox bəyənib ki, bütün kurort mərkəzini almaq istəyib. Mərkəzdə gəzərkən və ya xizəklə sürüşərkən bir andaca ətrafınızda tanınmış bir iş adamını, aktyoru və ya idmançını görə bilərsiniz. Məşhur formula 1 pilotu Şumaxer də məhz 3 Vadinin digər vadisi Meribeldə qəza keçirmişdi  Xizək mərkəzi 1300-1850 metr hündürlüklər arasında yerləşir və bu hündürlüyə görə 3 kiçik şəhərə Courchevel 1550, Courchavel 1650 və Courchavel 1850 adları verilib. Təbii olaraq hündürlük artdıqca otel və xidmətlərin qiyməti də ona uyğun olaraq artır. Amma Courchevelin bütün qəlbi əlbəttə ki, 1850-də döyünür. 1850-də gəzərkən ətrafı yalnız Prada, Bvlgari, Chanel, Luois Vuitton və s. kimi şık brendlərin butikləri bəzəyir.

Nəqliyyat

Courchevelə gəlmək üçün bir neçə yol var. Courchevelin özündə hava limanı var ancaq ora vertolyot və ya çox kiçik təyyarələrlə getmək olar və eniş üçün yalnız xüsusi pilotlara icazə verilir. Courchevel hava limanı uçuş zolağının qısalığı və eniş dərəcəsinə görə dünyanın ən təhlükəli 7-ci hava limanıdır, o səbəbdən də ora getmək üçün təyyarə ilə Lyon, Turin və ya Cenevrəyə uça, oradan isə maşınla Courchevelə keçə bilərsiniz. Normalda rahat olduğuna görə ən asan yol Lyondandır. Mən ilk dəfə məhz Lyondan getmişdim, 2ci dəfə isə Cenevrədən. Annecy gölünün sahilləri ilə irəliləyərkən o möhtəşəm mənzərəni görüb düşünmüşdüm ki, Courchevelə getməyin yeganə yolu məhz Cenevrədən olmalıdır.

Courchevel

Harada qala bilərsiniz ?

Gecələmə üçün Courcheveldə 2 seçim var ya şalet adlandırılan qış evləri ya da saysız-hesabsız 1* otellərdən tut taa Fransada cəmi 9 ədəd olan və 2-i Courcheveldə yerləşən 6* saray adlandırılan otellərə qədər. Əgər ailəvi, 3-4 nəfərlik gedirsinizsə şaletlər daha əlverişlidir, həm qiymətlər ucuz olacaq həm də qidalarınızı özünüz bişirə biləcəksiniz. Yox əgər 1-2 nəfərlik kiçik qrupla gedirsinizsə otellər ən ideal varyant kimi görsənir. Öncədən də qeyd etdiyim kimi, yüksəklik artıqca qiymətlər də artır və aşağı ərazilərdə otel kirayələsəniz belə yenə də liftlərlə ən yuxarı hündürlüklərə qədər qalxıb oradan aşağıya sürüşə bilərsiniz. Amma şəhərin bütün sosyal və gecə həyatı Courchevel 1850-də olduğundan turistlər arasında daha çox 1850 tərcih edilir.

Les Ducs de Savoie 3*

Mən ilk getdiyim ili Les Ducs de Savoie 3* otelində qalmışdım. Otelə daxil olub otağımın qapısını görəndə pis olub fikirləşmişdim ki, əgər qapısı belədirsə içi yəqin ki, olsa-olsa max 2* olar amma içəridə məni tamam başqa bir mənzərə qarşılayırdı. Otaq 5* otellərin otaqları ilə yarışacaq rahatlıqda idi və balkonu dağlara açılırdı. Personalın xidməti isə ən yüksək səviyyədi. Qeydiyyat masasına və ya restorana yaxınlaşanda elə xidmət görürdüm ki, özümü ingilis lordu hesab edirdim.

İkinci il isə bir az daha ucuz olan amma tam əyləncənin mərkəzində olan  Hotel Tuornier 2* otelində qalmışdım. Buradan bütün əyləncə məkanlarına 5-10 dəqiqəyə piyada gedə bilərsiniz. Ümumiyyətlə Courchevel elit məkan olduğundan otellərin klassları da dünya ortalamasından bir pillə üstün olur.

Nə yeyə bilərik ?

Buranın yeməkləri Fransanın digər məkanındakı etnik yeməklərdən fərqlənir. Buradakı yeməkləri əsas inqridienti bütün yaz, yay boyu alp dağının döşündəki otlardan yeyən keçi və inəklərin südündən hazırlanan pendirdir.

Chalet de pierres

Courcheveldə 5 restoranda olmuşam Chalet de pierres, PilatusLa chabotte, Cap hornMercury Otelinin restoranı La laiterie. Fərqli əhval ruhiyyə üçün mütləq görülməliləri Cap Horndur. Dağın təpəsində yerləşdiyi üçün yuxarı motorlu xizəklərlə çıxmaq lazımdır, digəri isə qarşısında süni göl olan və dağlara açılan mənzərəsi ilə Mercury otelin La laiterie restoranıdır. Bu restoranlarda əlbəttə ki, əla fransız şərabından içilib, pendirdən hazırlanmış “fondü”nün (fondue) dadına baxılmalıdır.

Restoranlar

Panoramic

Tamam Courchevelə getdiz, yeməyinizi özünüz hazırlandınız, restoranlara baş çəkmədiniz amma bir restoran var ki, ora baş çəkməsəz məncə Courcheveldə olmuşam deməyin. Bu 2732 metr hündürlükdə olan Le Panoramic restoranıdır. Adının çox eşitmişdim amma olmamışdım, sonuncu gün qərara gəldim ki, bir baş çəkim. Bəxtimdən hava da günəşli idi. Liftlə buraya qalxıb (xatırlamıram 8 ya 12 avro idi liftin ödənişi) 4-5 avroya restoranın önündəki kioskdan da bir dənə amerikano qəhvə aldım və oturub mənzərənin dadını çıxardım. 360 dərəcə panorama, uzaqdan Mon Blan zirvəsi görsənir, aşağıya baxırsan qarışqa kimi görsənən adamlar xizək sürürlər və gün parıldayır. Courcheveldə bundan ləzzətli nə ola bilər ki?!

Gecə Klubları

Courchevel

Gecə klublarından şəhərin mərkəzində olan Kudetada olmuşam elə buraların ən məşhur məkanı da bura sayılır. Qiymətlər də Courchevel 1850-ə uyğun qiymətlərdir, o soyuq, şaxtanın içində od tutub yanır .

Xizək mövsümü

Courchevel haqqında ümumi məlumatlara gəldikdə, ilk olaraq düyanın ən uzun və geniş xizək cığırları buradadır. 330 cığır175 lift xizəkçilərin ixtiyarına verilib. Buna görə də ən pik vaxtlarda belə cığırlarda və liftlərin qarşısında tıxac yaranmır, boş yerə vaxt itirmirsiniz. Bundan başqa bir çox xizək kurortlarında hər otelin öz lift və cığırı olur, başqa cığırlara getmək üçün əlavə ödəniş etməlisiniz. Courcheveldə isə bütün liftlər bələdiyyəyə məxsus olduğundan bir biletlə bütün liftlərdən və cığırlardan istifadə edə bilərsiniz. Lift biletlərinə gəldikdə müxtəlif paketlər var. Say ilə, ailə paketi, 1,2 və ya 3 vadinin hamısını əhatə edən, həftəlik paketlər və s.

Courchevel

Courchevel bütün növ xizək sürənləri nəzərə alır, yeni başlayanlardan taa ən peşəkar xizəkçilərə qədər. Belə ki, cığırlar çətinlik dərəcəsinə görə bölünüb və rənglərlə işarətlənib. Yeni başlayanlar üçün yaşıl rəngli cığırlar məsləhət görülür, orta peşəkarlıqda xizəkçilər mavi və ondan bir az çətin olan qırmızı cığırlardan istifadə edə bilərlər və son olaraq ən çətin cığır sayılan və peşəkarlıqda olimpiya çempionları ilə yarışmaq istəyənlər üçün olan qara rəng cığırlar.

Xizək sezonu açılandan qapanana qədər (təxminən 5 ayı əhatə edir bu mövsüm) qarın yağması da, yağmaması da Courchevel üçün problem deyil. Əgər qar yağmırsa, yüzlərlə sünii qar maşınları işə düşərək sizin üçün “yeni” qar əmələ gətirir. Əgər şiddətli qar yağarsa sadəcə bəzi cığırlar təhlükəsizlik səbəbindən qapadılsa da digər cığırlar problemsiz turislərin ixtiyarında olur. Yəni siz kefinizə dava edirsiniz. Axşam saat 4-5dən sonra isə hava qaraldığından bütün liftlər və cığırlar qapadılır bu zaman isə özünüzü otellərin və ya restoranların içərisində olan odun kamenlərinin yanına verib, taxta çırtıltısı altında isti şərabınızı dada bilərsiniz. Bir sözlə Courcheveldə keçirdiyiniz hər dəqiqədən zövq alacaqsınız.


Courchevel haqqında bu qədər. Əslində daha çox yazmaq istəyərdim amma heç bir sözlə Courchevelin əsrarəngiz gözəlliyini təsvir edib bitirmək mümkün olmadığından yazını elə burada da saxlayıram. Hələlik bu qədər, növbəti yazılara qədər…