Ev Yerlər Ölkələr Dünyanın ən qonaqpərvər ölkələri məlum oldu – SİYAHI

Dünyanın ən qonaqpərvər ölkələri məlum oldu – SİYAHI

       Ən qonaqpərvər ölkələr

“InterNations” şəbəkəsi hansı ölkələrdə cəmiyyətə uyğunlaşmanın daha asan və rahat olduğunu araşdırıb.

Bunun üçün 191 xarici ölkədə yaşayan 14000 nəfərdən çox əcnəbi ilə sorğu keçirilib.

Sorğunun əsas aspektləri xaricdə yaşamağın üstünlükləri və yerli əhali ilə ünsiyyət və dostluq münasibətləri qurmaq olub.

“InterNations” sorğusunun nəticələrini təqdim edir.

                         Uqanda

Uqanda

Bu Şərqi Afrika ölkəsi əhalisinin dostcanlı olmasına görə ən yüksək qiymət qazanıb. Hesabata görə, Uqandada yaşayan xaricilərin 57%-i ölkəni “ümumi səmimiyyət” faktoruna görə mümkün ən yüksək balla qiymətləndiriblər. Bundan əlavə, iştirakçıların heç biri bu faktor üçün mənfi qiymət verməyiblər.

Ölkə həm də ərzaq və iş imkanları baxımından əlverişlidir – buna görə də, rezidentlər burada yüksək yaşayış səviyyəsini asanlıqla qazana bilərlər.

                     Kosta Rika

Kosta Rika

Bu Mərkəzi Amerika ölkəsində xaricilərin uyğunlaşma səviyyəsi digər faktorların hamısını arxada qoyur. Demək olar ki, 10 rezidentdən 9-u əhalinin səmimiyyət səviyyəsindən razı olduğunu, 8-i isə özünü vətənində hiss etdiyini bildirib.

Bəziləri bu məmnunluq səviyyəsini sosialist dövlətin yaratdığı sosial bərabərliklə əlaqələndirir, digərləri isə bunun əhalinin xüsusi qonaqpərvərliyinin nəticəsi olduğuna inanır.

Son illərdə Kosta Rikada yaşayış minimumu 10% artıb, hətta bəzi yerlərdə bir fincan qəhvə içməyin qiyməti Londonun mərkəzindəki qiymətlərlə eyni ola bilər. Lakin çox yerdə orta qiymətlərlə yemək və alış-veriş etmək olar.

                      Kolumbiya

Kolumbiya

Turistlərin sözlərinə görə, bu Cənubi Amerika ölkəsində xaricilər özlərini qısa zamanda evlərindəki kimi hiss edirlər. Kolumbiyalılar öz ölkələrini və xalqını müsbət şəkildə tanıtmağa can atırlar və onlar hər zaman xaricilərə qarşı qonaqpərvərdirlər.

Bəzi rezidentlərin fikrincə, Kolumbiyada yaşayan xaricilərin çox olmaması yerli əhalinin onları turist kimi görməsinə səbəb olur. Kənd təsərrüfatı ölkəsi olduğundan, sağlam həyat tərzinə önəm verənlər Kolumbiyada il boyu təravətli meyvə və tərəvəzləri ucuz qiymətə asanlıqla əldə edə bilərlər.

İqtisadi vəziyyətə gəldikdə, Kolumbiyada əcnəbilərin yüksək maaşlı iş tapması heç də çətin deyil. Belə ki, Kolumbiyada yaşayan çox rezident ailənin xidmətçi, sürücü və dayə tutmaq üçün kifayət qədər gəliri var.

                            Oman

Oman

Dünyanın ən günəşli ölkələrindən biri kimi Omanın əhalisi də xaricdən gələnlərə qarşı iqlimi kimi isti münasibət göstərə bilən xalqdır. Ölkənin qonaqpərvər mədəniyyəti rezidentlərə xoş ab-hava yaşadır.

Omanda yaşayan xaricilərin danışdıqlarına görə, sakinlər ehtiyacı olanlara asanlıqla kömək edir, hətta heç tanımadıqları xariciləri evlərinə aparıb kofe, xurma və ya meyvəyə qonaq edirlər.

Son illərdə ölkədə yaşayış minimumu artsa da, Oman Orta Şərqdə qiymətlərə görə ən uyğun ölkələrdən biri seçilib.

                     Filippin

Fillipin

Bir çox beynəlxalq şirkətlərin bu ölkədə ofis açması ölkədə yaşayan xaricilərin sayını artırmağa başladı. İndi 159 ölkənin vətəndaşları Filippinə vizasız giriş edə bilir. Burada yaşayan xaricilər yerli əhali haqqında danışdıqda onların çox gülərüz, ünsiyyətcil və yardımsevər olduqlarını bildirirlər.

Bundan başqa, filippinlilərin yüksək əyləncə mədəniyyətləri əcnəbilərin bu ölkədə yeni dostlar tapması imkanlarını artırır.

Qiymətlərə gəlincə, ortabüdcəli rezidentlər üçün Filippin çox əlverişli sayıla bilər. Həmçinin lüks yaşamağı sevənlər üçün də burada kifayət qədər şərait var.