Ev Ölkələr Fransa Dünyanın ən yaxşı restoranlarını tanıyırsan?!

Dünyanın ən yaxşı restoranlarını tanıyırsan?!

Fransada dünyanın ən yaxşı restoranının adı açıqlanıb.

Fransanın “La Liste” təşkilatı tərəfindən tərtib olunmuş reytinq siyahısına dünyanın 1000 ən yaxşı müəsisəsinin adı daxil edilib.

Bu il ən yaxşı restoranı adını Fransanın “Gi Savoya” müəssisəsi alıb. Bu restoran mümkün 100 baldan 99,75-ni alıb. Müəssisənin həmçinin üç Mişlen ulduzu var.

Kyo Aji
Kyo Aji

İkinci yerdə 99,75 bal ilə Yaponiyanın paytaxtı Tokioda yerləşən “Kyo Aji” restoranı, üçüncü yerdə isə 99,5 bal ilə nyu-yorklu şef Erik Ripertin “Le Bernardin” dəniz mətbəxi restoranı qərarlaşıb.

Kyo Aji
Kyo Aji
La Liste“nin reytinqi məlumat bazası əsasında tərtib olunur. Bazaya müəssisələr haqqında rəy toplayan 300 resurs daxildir.