Azərbaycan turizmdə lider

2018-ci ildə Azərbaycanda turistlərin sayı 3,5 milyon nəfəri keçə bilər, bu ölkəmiz üçün rekord göstəricidir.

Gezmeli.Az xəbər verir ki, bu barədə miqrasiya və turizm üzrə ekspert Azər Allahverənov məlumat verib.

“Çərşənbə günü səhər Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Novruz bayramı zamanı ölkəyə gələn turistlərin sayını açıqladı. Onun sözlərinə görə, Novruz münasibətilə ölkə paytaxtında keçirilən bayram şənliklərində 1-1,5 milyon insan iştirak edib”.

turizm

Ekspert hesab edir ki, bu, yaxşı göstəricidir.

“Bugün ölkəmizdə turizm sahəsində aparılan işlər dövlət siyasəti səviyyəsindədir, hazırkı il üçün hədəf 3,5-5 milyon turist göstəricisidir. Bu 2017 ilə nisbətən, 30-35% çoxdur”, – Allahverənov qeyd edib.

Ekspertin fikrincə, Azərbaycan üçün rekord göstəricinin əldə edilməsinin ilk mərhələsi artıq geridə qalıb:

“Turistlərin ölkəmizə axını üç mövsümdə müşahidə olunur. Bu, Novruz, Ramazan və yay vaxtlarıdır. Bu il Ramazan yay aylarına təsadüf edəcək. Məhz bu səbəblə biz bu dövr üçün böyük sayda turist gözləyirik”.

Saytın həmsöhbəti həmçinin Azərbaycan və Gürcüstanın turizm göstəricisi arasındakı oxşarlığı da nəzərə çatdırıb:

“Hər il Gürcüstanı 5,5 milyon turist ziyarət edir. Bizdə isə bu göstərici 2017-ci il üçün 2,7 milyondan bir qədər çoxdur. Düşünürəm ki, ölkəmizdə turizmin inkişaf sürətini nəzərə alsaq, bir neçə ildən sonra bu göstərici ilə regionda lider ola bilərik”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin