Ev Turizm Xəbərləri Ekspertlər otellərin əvəzinə mənzillərin bronlanmasının müsbət və mənfi cəhətlərini açıqlayıblar

Ekspertlər otellərin əvəzinə mənzillərin bronlanmasının müsbət və mənfi cəhətlərini açıqlayıblar

Otellər

Yaşayış yerlərinin bronlanması xidməti ilə məşğul olan “Tvil.ru” saytının istirahətə yollanan istifadəçilərinin təxminən 60 faizi otelləri, 20 faizi – mənzilləri bronlayır, yerdə qalan 20 faizi isə digər məskunlaşma vasitəsindən yararlanırlar.

xidmətin statistikasına görə, mənzilləri daha çox şirkətlər (26,4 faiz) və ailələr (33,4 faiz), otelləri isə uşaqlı qadınlar (20,7 faiz) və cütlüklər (17,1 faiz) bronlayır.

Tez-tez rast gəlinən problemlər mənzillərin bronlanması zamanı yaranır. Ekspertlər mülk sahiblərinin şəxsiyyətinin təsdiqlənməsi zamanı ortaya çıxan çətinlikləri sadalayırlar. Çünki onlar barəsində açıq mənbələrdə məlumat olmur. Qonaqlar obyektin şəklinin həqiqətə uyğun gəlməməsi, evlərin təmirsiz olması və xoşagəlməz qoxu ilə də qarşılaşa bilərlər.

Bundan başqa, turist saat 21.00-dan sonra gəldikdə yerləşdirilmə ilə bağlı çətinliklər yarana bilər. Həmçinin mənzillərdə bir qayda olaraq mühafizə də yoxdur, ev sahibləri gündəlik təmizlənməni də çətin ki, təmin etsinlər.

Düzdür, turistlər də ev sahiblərinə müəyyən problemlər yaradırlar. Ən çox rast gəlinən problemlərdən biri iki nəfər üçün bronlama etdirildiyi halda altı adamın gəlməsidir.

Lakin mənzil bronlamanın otellərlə müqayisədə müsbət tərəfləri də var. Buraya mənzillərin kirayəsinin dəyəri (mənzil əlbəttə ki, ucuz başa gəlir), əlavə ödəniş edilmədən paltaryuyan maşından istifadə, sərbəst yemək hazırlamaq, həmçinin böyük və səs-küylü kampaniya ilə məskunlaşmaq imkanı daxildir.