Ev Turizm Xəbərləri Ekssentrik turizm sloqanları olan ölkələrin adları açıqlanıb

Ekssentrik turizm sloqanları olan ölkələrin adları açıqlanıb

turizm

Sloqanlar adətən səyyahların diqqətini bu və ya digər ölkəyə cəlb etmək məqsədi daşıyır. Belə ki, turizm istiqamətinin əsas üstünlükləri sloqanlarda yığcam ifadə olunur. Lakin bu sistem bəzən işləmir, yəni deviz müxtəlif səbəblərə görə birmənalı səslənmir və turistləri cəlb etmək yerinə, onları uzaqlaşdırır.

Gezmeli.az “tonkosti.ru”ya istinadla qeyri-adi sloqanları olan ölkələri oxuculara təqdim edir.

1. “Tailand: Yeni kölgələrə açılın”

Tailand Turizm İdarəsi bu yaxınlarda əsas etibarilə gənclər üçün yeni reklam kampaniyasına başlayıb. Amma “Yeni kölgələrə açılın” sloqanı hamını təəccübləndirib. Əslində, müəlliflər ölkədə mədəni müxtəlifliyi vurğulamaq istəyiblər. Lakin yanlış tərcümə səyyahları çaş-baş qoyub.

2. “El Salvador: 45 dəqiqəlik ölkə”

Salvador Turizm Bürosunun dürüstlüyü qarşısında baş əyilməlidir: ölkənin ərazisi həqiqətən də çox kiçikdir. Lakin lüzumsuz düzlüklə potensial turistləri həvəsini öldürməyə nə ehtiyac var? Birdən kimsə burada bir saatdan çox qalmaq istədi…

3. “Beliz: Maraqlı yer”

Maraq daha çox pişiklərə xas cəhətdir. Bəli, pişiklər həqiqətən də hər şeylə maraqlanırlar. Amma eyni sözləri ölkə barəsində demək nə dərəcədə düzgündür? Mərkəzi Amerikada yerləşən Belizi isə məsələn, “Sirlər ölkəsi” adlandırmaq daha düzgün olardı.

4.“Kiribati: Səyyahlar üçün”

Sakit okeanda yerləşən bu uzaq dövlətə getmək üçün dünyanın az qala yarısını dolaşmaq lazımdır. Sloqan Kiribatiyə səfərin mahiyyətini dəqiq əks etdirir. Lakin burada bir əmma var: belə uzaq məsafəyə getmək üçün bir neçə gün sərf etməyə ehtiyac varmı? Bəlkə də bu ölkənin dünyanın o biri ucundan insanları cəlb etmək üçün çox böyük potensialı var, lakin bu, sloqanda öz əksini tapmayıb.

5.“Tayvan: Asiyanın qəlbi”

Əslində, müəlliflər burada bir az biclik işlədiblər. Axı ən böyük qitənin Asiyanın mərkəzi Rusiyanın Kızıl şəhərində yerləşir. Tayvan isə heç qitənin özündə yerləşmir: bu ölkə Çindən şərqdə yerləşən adadır.

6.“Cibuti: Ci-byuti”

Görünür, Afrikada yerləşən bu kiçik dövlətin marketoloqları Sloveniyanın “sLOVEnia” şəklində reklam formulunu mənimsəməyi qərara alıblar və yəqin ki, buna nail olublar. Cibuti həqiqətən də gözəl ölkədir.

7. “Slovakiya: Yaxşı ideya”

Slovaklar isə mətləbdən uzaqlaşmaq istəməyiblər. Onların çağırışı belə səslənir: “Slovakiya: Yaxşı ideya”. Yəni slovaklar bir növ quşu gözündən vurublar. Axı, bu Mərkəzi Avropa ölkəsinə biganə qalan turist çətin tapılar: Tatranın bakirə təbiəti, Bratislava və Koşitsenin tarixi ecazı, dadlı yeməklər və səmimi insanlar.

8.“Zambiya çirkli dəlikdirmi?”

Zambiya öz saytında “Çirkli dəliyə xoş gəlmisiniz!” devizini yerləşdirməklə, ekssentrik sloqanlar məsələsində hamıdan uzağa gedib.

Əslində isə reklamda ABŞ liderinin 2018-ci ildə immiqrasiya məsələlərinə dair müşavirədə Salvador, Haiti və bir neçə Afrika ölkəsi barədə söylədiyi “çirkli dəliklər” ifadəsi lağa qoyulub.

Şübhəsiz ki, Zambiyanın rəsmi devizi bir qədər başqa cür səslənməli, bir növ “Gəlin tədqiq edək!” mənasını daşımalıdır. Bu sloqan Zambiyanın ecazkar təbiət mənzərələrinə daha çox uyğundur.