Ev Tədbirlər “EMİTT 2018″də Azərbaycan

“EMİTT 2018″də Azərbaycan

“EMİTT 2018”

Ölkəmiz İstanbulda keçirilən “EMİTT 2018” beynəlxalq turizm sərgisində təmsil olunur.

25-28 yanvar 2018-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən “EMİTT 2018” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur. Bu məqsədlə Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə ölkəmizin turizm sənayesinin təmsilçilərindən ibarət nümayəndə heyəti qardaş ölkədə səfərdədir. Ölkəmizi Nazirliklə yanaşı Zenit Tour Travel Agency, Silk Way Travel, Rahat Travel, Via Caucasus Tour and MICE, In Travel Azerbaijan, Flame Tour & travel DMC, The Tour, Green Apple MICE and Leisure Travel, Feniks Travel and Tourism, Turizm.az, Azera Turizm, Millennium Tourism , Azerbaijan Travel Agency, Azal, Meridian Travel, Granit AS Travel, Improtex Travel, Sulh Travel, Net Travel şirkətləri təmsil edir.

“EMİTT 2018”

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 70 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılmış və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur.

2003-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri “EMİTT” beynəlxalq turizm sərgisində iştirak edir. Tədbirdə ölkəmiz ilə yanaşı, bir sıra ölkələrdən 5000-ə yaxın şirkət təmsil olunur.

İndi isə gəlin  bunu AzTV-nin buraxılışındada izləyək.