Ev Otellər Evləri hostel kimi istifadə etmək mümkün olacaq –YENİLƏNİB

Evləri hostel kimi istifadə etmək mümkün olacaq –YENİLƏNİB

Evlərdən hostellər kimi istifadə edilir

Azərbaycanda özəl çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi asanlaşır.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Hostel

Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  bildirmişdir. Dəyişikliyə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşmə vasitələri” adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər.

Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən bildirilir. “Yerləşmə vasitəsi” kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.

Hostel

Ə.Hüseynli bildirib ki, bu dəyişiklik turizmin inkişafı ilə bağlı kiçik, amma əhəmiyyətli dəyişiklikdir.

Deputat Asim Mollazadə bu dəyişikliyə etiraz edib. O qeyd edib ki, yaşayış sahəsində mehmanxanaların yerləşdirilməsi əhalinin istirahət hüququnu poza bilər: “İnsanların öz yaşayış sahəsində sabit, sakit yaşamaq hüquq var, biz isə bu hüququ pozuruq. Ona görə də bu düzəliş vətəndaşların şəxsi həyat mühitinə müdaxilə şəraiti yaradır”.

Hostel

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli həmkarının fikirlərini dəstəkləməyib. O qeyd edib ki, uzun müddətdir ki, “Turizm haqqında” qanun layihəsi üzərində iş gedir, dünya təcrübəsi öyrənilir:

“Biz bilirik ki, Avropada da ayrıca mənzillər turizm obyekti kimi istifadə edilir. Bu layihə Azərbaycanda turizmin inkişafına böyük töhfə verəcək”.

Spiker Oqtay Əsədov isə bildirib ki, Türkiyənin 35-40 min əhalisi olan şəhərlərinə hər ay 100 min turist gəlir: “Ev turizmi olmasa, o qədər turisti yerləşdirmək mümkün olmaz”.

Hostel

Deputat Əflatun Amaşov sözlərinə görə, Gürcüstanda da əhalinin hüququ var ki, öz mənzillərinin qapılarını turistlərin üzünə açsınlar: “Ona görə də hesab edirəm ki, Azərbaycanda da belə imkanın yaradılması turizmin inkişafına töhfə verə bilər”.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.

24 aprel, 12:25

Azərbaycanda özəl çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi asanlaşır.

Bu barədə məsələ Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Ev hostellər

Dəyişikliyə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşmə vasitələri” adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən “yerləşmə vasitəsi” kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.

Təklif edilən dəyişikliyi şərh edən “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, bu dəyişiklik insanlara öz yaşayış evlərindən daha asan şəkildə mehmanxana və ya hostel kimi istifadə etmələri üçün şərait yaradır:

“Hazırkı qanunvericiliyə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanından icazə alınmalıdır. Ancaq dəyişiklikdən sonra mehmanxanalar yaşayış kateqoriyasına aid ediləcəyi üçün buna ehtiyac qalmır. Yəni, hazırkı qanunvericiliyə əsasən, mehmanxanalar qeyri-yaşayış kateqoriyasına aid edilir, dəyişiklikdən sonra isə mehmanxanalar yaşayış kateqoriyasına aid ediləcək.

Ev hostel

İnsanlar yaşayış evlərini alıb kiçik hostellər edirlər və onun üçün müvafiq icra hakimiyyətinə müraciət edirlər. Bu dəyişiklik Mənzil Məcəlləsinə ona görə edilir ki, icra hakimiyyətinə müraciət etməyə ehtiyac qalmasın, insanlar bunun üçün get-gələ düşməsinlər”.

N.İbrahimov bildirib ki, bununla belə öz yaşayış evini mehmanxana və ya hostel kimi istifadə etmək istəyənlər Vergilər Nazirliyində, Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçməlidirlər. Eyni zamanda müəyyən standartlar var ki, onlara əməl olunmalıdır.

O qeyd edib ki, yaşayış evi mehmanxana və ya hostel kimi istifadə edilirsə, onun giriş-çıxışı ayrı olmalı, ətrafda yaşayan insanlara maneçilik törətməməlidir.