ŞEDERV MUSİQİLƏR
Dekabrın 28-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş bayram konserti keçiriləcək.
Konsertdə ilk dəfə olaraq Azərbaycan Dövlət Xalq çalğı alətləri orkestrinin ifasında populyar dünya şedevr filmlərinin musiqilər səslənəcək.
“Bir dəfə Amerikada”, “Zorro”, “Karib dənizinin quldurları”, “Şerlok Holms və Doktor Vatson”, “Taksi”, “Oyuncaq”, “Qayınana”, “Dədə Qorqud” kimi məşhur filmlərdən musiqilərlə yanaşı, müğənnilər Tural Ağasıyev, Fəxri Kazım-Nicat, Lətifə Soyuöz və Tələt Hüseynov, eyni zamanda reper və rokerlərin ifasında mahnılar, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblın solistləri əməkdar Artistlər Viktoriya Şahmuradova, Elnur Süleymanov, digər rəqqaslar Aydan Kamilova Ramin və Nigar Hüseynova və xor qrupunun ifasında rəngarəng nömrələr biri birini əvəz edəcək.