Ev Turizm Xəbərləri Florian Zenqstşmid: Məqsədimiz 2023-cü ildə Azərbaycana 4 milyona yaxın turist cəlb etməkdir

Florian Zenqstşmid: Məqsədimiz 2023-cü ildə Azərbaycana 4 milyona yaxın turist cəlb etməkdir

Florian Zenqstşmid

Məqsədimiz 2023-cü ildə Azərbaycana 4 milyona yaxın turist cəlb etməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti–2019” tədbirində Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid söyləyib.

Bildirib ki, buna ölkədə turizm potensialını artırmaqla nail olmaq olar: “Hələ görüləcək işlər kifayət qədərdir. Bir sıra işlər həyata keçirmək istəyirik. Bəzi proseslərdə çətinliklər yaşanmaqdadır, amma biz bunun həll edilməsi istiqamətində işləyirik”.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq 2,7 milyon nəfərə çatıb. Bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.