Fuad Nağıyev

İşğal olunmuş ərazilərin, münaqişə zonalarının turizm imkanlarının təbliğatı qətiyyən yolverilməzdir.

Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasındakı çıxışında söyləyib.

Turizmdə etik normaların vacibliyindən danışılıb. Agentlik sədri bildirib ki, Ümumdünya Turizm Təşkilatı çərçivəsində qəbul olunmuş etik və sivil qaydalara riayət olunduqda o daha da effektiv quruma çevrilir.

Fuad Nağıyevin sözlərinə görə, beynəlxalq platformalarda, sərgilərdə bəzi ölkələr təxribatlara yol verir. Bu qətiyyən yolverilməzdir və bu halların qarşısı alınmalıdır.

Xatırladaq ki, sentyabrın 9-da Rusiyanın Sankt-Peterburq şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb. 65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxs sessiyada iştirak edib. Gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu böyükdür. Beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin