Ev Turizm Xəbərləri Fuad Quliyev: “Ötən ildən “Göygöl” Milli Parkında 10 istiqamətdə ekoturizm marşrutu təşkil...

Fuad Quliyev: “Ötən ildən “Göygöl” Milli Parkında 10 istiqamətdə ekoturizm marşrutu təşkil edilib”

Göygöl

“2018-ci ildən etibarən “Göygöl” Milli Parkında 10 istiqamətdə ekoturizm marşrutu təşkil edilib. Onların arasında Göygöl, Maralgöl, Qaragöl, Qaragöl 2, Güzgü gölü, Zəli gölü, Göz gölü, Ayı gölü, Cilli gölü, Şanlı göl, Quş gölləri də var”.

Bunu jurnalistlərə açıqlamasında “Göygöl” Milli Parkının direktor müavini Fuad Quliyev deyib.

O bildirib ki, 3065 metr hündürlükdə olan Kəpəz dağına da ekoturizm marşrutu var.

F.Quliyevin sözlərinə görə, bu marşrutlardan yararlanmaq üçün parkın girişində məlumatlar verilir:

“Hər 6 nəfərlik qrup üçün bir bələdçi təyin edilir. 3 min metrdən aşağı marşrutlarda bələdçi üçün 20 manat ödəniş edilir. 3 min metrdən yüksək olanda isə bələdçi üçün 30 manat ödəniş edilir. Bir də, parka girəndə 2 manat biletə verilir. Marşrutun tutulması xərci isə turistin özündən asılıdır. Turist taksi də tuta bilər, öz maşını ilə də gedə bilər. Hər ekoturizm marşrutunun öz xüsusiyyəti var, hər kəs bu marşrutlara gedə bilməz. Yüksək dağ kəsimlərinə gedəndə isə Fövqəladə Hallar Nazirliyindən icazə alınır”.

O qeyd edib ki, gün ərzində yalnız 3 marşrut üzrə getmək mümkündür.