PAYLAŞ
Yay festivalı

Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Şahdağ Qış-Yay Turizm Kompleksinin ərazisində “YayFest – gənclər düşərgəsinə” start verilib.

Düşərgənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlar arasında vətənpərvərliyin, təhsilin və sağlam həyat tərzinin təşviqindən ibarətdir.

Beş gün davam edəcək “YayFest”də Bakıdan və regionlardan müsabiqə əsasında seçilmiş 500-dən çox gənc iştirak edir.

Düşərgənin ilk günündə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə gənclərin təşəbbüsü ilə kütləvi fləşmob keçirilib. Ulu Öndərin Qusar rayonunda ucaldılmış abidəsi ziyarət olunub.

Düşərgənin gedişatında “Azərbaycançılıq”, tarix, incəsənət, sosial media, innovasiya və digər mövzularda gənclərlə müxtəlif təlim, seminar, mühazirə və görüşlərdə müzakirələr aparılıb.