Ev Gəzməli yerlər Gəziləcək Yerlər Gəzməli yerlər Lyublyana

Gəzməli yerlər Lyublyana

Lyublyana

Lyublyana – Sloveniya’nın paytaxtı olub, əhalisi 280 minə yaxındır. Sava çayının hövzəsində yerləşən bu şəhəri bənzərliyi baxımından “kiçik Praqa” da adlandırırlar.

May ayında edəcəyim Balkan turunda bu şəhərə də gedəcəyim üçün tarixi və görməli yerlərini araşdırdım. Gəldikdən sonra təəsüratlarımı ayrıca yazacağam, indilik isə özüm üçün qeyd etdiyim siyahını sizlərlə də paylaşım.

1) Ljubljana Castle (slovencə Ljubljanski grad) – turistlərin ilk ziyarət etdiyi bu qala şəhərin mərkəzində təpədə yerləşir, XII əsrdə inşa edilib. XVI əsrə kimi müdafiə obyekti kimi, ondan sonra isə həbsxana kimi istifadə edilib. Kompleksin daxilində tarix muzeyi yerləşir, həmçinin şəhərə çox gözəl mənzərə açılan qülləsi var. Funiklyorla gediş qiyməti və qalaya giriş üçün bilet qiyməti 10Avro, tələbələr üçün isə 7 Avrodur.

Ljubljana Castle

2) Presernov Square – şəhərin mərkəzi sayıla biləcək əsas meydan buradır. Meydanın adı Sloveniyalı şair Frans Preşern’in şərəfinə qoyulub, abidəsi də burada yerləşir.

Presernov Square

4) Triple Bridge (slovencə Tromostovje) – bir növ yelpiyə bənzər, fərqli bir konstruksiyaya malik piyada körpüsüdür, içəri şəhər ilə Preşern meydanını birləşdirir.

Triple Bridge

5) Town Hall (slovencə Ljubljanska mestna hisa) – 1484cü ildə bu bina gotik stildə tikilsə də 1717-19cu illərdə barokko stilində rekonstruksiya edilib. Hal-hazırda bina öz birbaşa təyinatı üzrə istifadə edilir.

Town Hall

6) The Fountain of Three Carniolan Rivers (slovencə Vodnjak treh kransjkih rek) – Robba Fontanı (Robb Fountain) adı ilə də bilinir. Müəllifi Françesko Robb olan bu fontan 1751-ci ildə açılıb, əsas simvolu Lyublyana, Sava və Krku çaylarını simvolizə edən 3 su Tanrısıdır.

The Fountain of Three Carniolan Rivers

7) Dragon Bridge (slovencə Zmajski Most). Ümumiyyətlə, əjdahalar bu şəhərin simvollarından biri hesab edilir, bu körpüdə sayı 4 ədəd olsa da, şəhərin müxtəlif digər hissələrində də rast gəlmək olur. Deyilənə görə, əgər bu körpüdə foto çəkdirmədinsə, Lyublyana’nı görmüş hesab edilə bilməzsən.

Dragon Bridge

Dragon Bridge-dən Triple Bridge-yə qədər çayın sahili boyunca xeyli sayda ticarət köşkləri yerləşir ki, suvenirlər, hədiyyəlik əşyaları və s. buradan almaq olar.

8) The Tivoli Park – şəhərin ən böyük və ən məşhur parkıdır. Adətən şəhəri gəzdikdən sonra gəlib dincəlmək üçün yaxşı məkandır.

The Tivoli Park

Lyublyana’da bu qeyd etdiklərimlə yanaşı bir sıra önəmli muzeylər (National Gallery, National Museum of Slovenia) də vardır ki, onları rahat gəzmək üçün 1 gün kifayət etməyəcək. Əgər Lyublyana’da 2-3 və ya çox qalacaqsınızsa, bu məqalədən görüləsi və maraqlı vaxt keçiriləsı məkanlar, festivallar ilə tanış ola bilərsiniz.