turizm

Böyük iyirmiliyin” turizmin inkişafına cavabdeh olan nazirləri Yaponiyanın Hokkaydo prefekturasının Kuççyan şəhərində iki gün davam edən görüşlərini yekunlaşdırıblar.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, şənbə günü birgə bəyannamənin qəbulu ilə başa çatan görüşdə əsasən turizmin inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Bəyannamədə qeyd edilir ki, G20 ölkələri turistlərin ətraf mühitə və mədəniyyət abidələrinə qarşı diqqətli olması üçün müvafiq tədbirlər görəcəklər. Sənəddə, həmçinin turistlərə yalnız populyar rayonlarla deyil, həm də digər yerlərlə tanış olmaq imkanının yaradılması məsələsi də öz əksini tapıb.

Bununla yanaşı, nazirlər lazımi informasiyanın toplanması və mübadiləsinin təşkilindən danışıblar. Həmçinin qabaqcıl rəqəmsal texnologiyalardan istifadə etməklə səyahətin asanlaşdırılmasına şərait yaradılması barədə də razılaşıblar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin